Bakıda gənc oğlan su istəmək adı ilə evə daxil olub yaşlı qadına hücüm edib
Tarix: 09-02-2018 | Saat: 19:03
Bölmə:Karusel / Hadisə | çapa göndər
Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib.
Daxili işlər nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub. Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb.
Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

21-05-2016, 18:21
Pilotlar yatdı: təyyarə saatlarla özü uçdu
17-06-2015, 14:09
Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır 3 gün ərzində.– XƏRİTƏ
30-04-2016, 11:57
Nəğməkar şair Aygünə şeir yazdı: "Günəş rəqib sanar özünə səni!"
14-05-2016, 21:20
Türkiyədə böyük fəlakətin qarşısı alındı
30-07-2018, 16:40
Ramin Hacılının həbs müddəti artırıldı
31-03-2019, 21:47
Sarımsaq çayı eşitmişdiniz? - Hazırlanma qaydası və faydaları
6-08-2017, 16:52
Əli Həsənov nəvəsinin törətdiyi qəzadan danışdı
21-06-2015, 19:53
Şor və çörək (Oxumağa Dəyər)
4-11-2015, 19:12
Azərbaycanda uşağa “Kral Şir” cizgi filmindən ad qoymaq istədilər