Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gecə 3-də evə gəlirəm" - Pərvin
Tarix: 08-02-2018 | Saat: 14:41
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Gecə 3-də evə gəlirəm" -  Pərvin
Aktrisa Pərvin Abıyeva “5/5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal Pərvinə gecələr evə gec gəlməsi haqda suallar verib.
Aktrisa bəzən gecələr evə heç gəlmədiyini deyib:
“Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam”.
Abıyeva yaşadığı yerdə qonşularını tanımadığını söyləyib. O, aparıcının “Qonşuların deyir ki, evə gəlmir. Gələndə də maşının qapısını da ayağı ilə açır” sözlərinə aktrisa əsəbiləşib:
“6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Maşın da, ev də mənimdir. Necə istəyirəm, elə də açıram. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?”.
Proqram bitəndən sonra Abıyeva İnstaqramda onu tənqid edənlərə cavab verib:
“Rəylərdə yazırsız ki, yekəxanayam, özümü dartıram. Bəli, mən beləyəm. Məni sevən belə də sevəcək, sevməyən isə nə qədər sadə olsam, ürəyimi çıxarıb versəm, yenə bir mız tapacaq. Həmin insanlar pisliyindən qalmayacaq. Çalışın ki, öz həyatınızı yaşayın. Və yaxud, yaşamağı öyrənin. Həyata bircə dəfə gəlirsiz. Bunu dəyərləndirməyi bacarın”.


Xəbəri paylaş

1 0238 dəfə oxunub.

Digər xəbərlər
17-12-2017, 11:23 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___