İnsan stresdən arıqlayır yoxsa kökəlir?
Tarix: 07-02-2018 | Saat: 18:40
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Hamı bilir ki, kökəlməyin əsas səbəbi qidalanmadır. İnsan sərf etdikdən daha çox kalori qəbul edirsə, bu, təbii ki, kökəlməyə səbəb olur.
Lakin elmi araşdırmalar göstərir ki, bu tək səbəb deyil. Stress və yuxunun az olması kökəlməyin digər əsas səbəblərindəndir.
Stress zamanı qanda qlükozanın miqdarı artır. Bu orqanizmin təbii qoruyucu mexanizmidir. Onu həmçinin "döy və ya qaç" mexanizmi adlandırırlar. Hər iki halda (döyəndə və ya qaçanda) insan fiziki güc, enerji sərf etməlidir. Bu enerjini insan orqanizmin əsas "yanacağı" olan qlükozadan alır.
Qədim əcdadlarından fərqli olaraq müasir insan stressə düşəndə əksər hallarda nə döyür, nə də qaçır, əksinə oturur və ya uzanır. Nəticədə enerji sərf olunmur və mədəaltı vəz qandakı qlükozanı normaya salmaq üçün insulinin ifrazını artırır. İnsulinin səviyyəsi artdıqca insan aclıq hiss edir və yemək yeməyə başlayır. Beləliklə orqanizm ona lazım olmayan kalorilər alır.
Müasir insanların bir çox hissəsi xroniki stress şəraitində yaşadıqdan yuxarıda təsvir etdiyimiz vəziyyət daim təkralanır və nəticədə insan artıq çəki yığır. Bundan əlavə bu həmçinin şəkərli diabetin riskini də artırır.
Alimlər bu vəziyyətdən çıxış yolunu fizki aktivlikdə görür. Stress vəziyyətinə düşmüsünüzsə, onu passiv şəkildə yaşamayın. İdman zalına yollanın. Buna imkan yoxdursa, gəzməyə çıxın, hər hansı ev işi ilə məşğul olun. Fiziki aktivlik həm qanda stress hormonlarının, həm şəkərin səviyyəsini azaldır. Nəticədə həm sinir sistemimiz daha az ziyan görür, həm aclıq bizə "güc gəlmir".
(saglamolun.az)
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

29-10-2015, 21:10
Eldar Mahmudovun yerinə sədr seçiləcək - Komissiyaya
19-05-2018, 19:39
“Utanmır, adını kişi qoyub, amma arvad kimi…” - Aparıcıdan ağır sözlər
30-03-2017, 12:24
Sevgilisindən ayrılanlar oxusun - PSİXOLOJİ YANAŞMA
2-05-2016, 13:25
Ermənilərin Qarabağdakı hərbi texnikasının sayı AÇIQLANDI
11-07-2015, 12:14
Azərbaycana "Lada Vesta" gələcək
13-08-2021, 13:50
Azərbaycan niyə İsraildən 2 milyard dollarlıq silah alır? – Ekspertdən “müharibə olacaqmı” sualına cavab
14-07-2022, 10:26
Azərbaycan Ordusunun hərbçisi həlak oldu
14-02-2016, 16:31
Bakının “Sevgililər günü” - FOTOSESSİYA
27-02-2022, 12:09
Ukraynada DƏHŞƏTLİ meyit mənzərəsi, morqlar ağzına qədər dolub...