Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Samirdən ayrılan Anar Yaşarla işbirliyindən danışdı - VİDEO
Tarix: 06-02-2018 | Saat: 18:50
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Xəbəraz.Az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Yaşar Yusub və prodüser Anar Mədətov olub.

Prodüser Anar müğənni Yaşarla yeni işbirliyi qurması barə danışıb: “Yaşarla işləmək ideyası yaxın bir dostumuzdan gəldi. Mən də düşündüm, dedim ki, hər bir janrda özümüzü sınamışıq, bu da maraqlı olar. İstədim ki, özümü Yaşarla da sınayım. Bu da yeni bir möhür olsun. Həm də ki, Yaşar mənim yerlimdir. Həm də ki, Naxçıvan yeznəsidir, bu da bizim üçün fəxrdir. Həm də istedadlı bir müğənnidir. Onu “Şeron” qrupunun vaxtından tanıyıram. Onu qəbul edib, etməməkdən danışsam, deyəcəklər ki, öz malını tərifləyir. Maraqlı bir layihə hazırlayırıq. Bu layihənin də adını “Hamı bizdən danışır” qoyduq”.

Daha sonra müğənni Yaşar Yusub bildirib ki, tamaşaçı sevgisini hiss etdiyinə görə xoşbəxtdir: “Tamaşaçılarımızdan xoş rəylər alırıq. Onlar bizə istəklərini sosial şəbəkədə və adi həyatda da bildirirlər. Əgər adi həyatda bizim gördüyümüz iş barədə danışırlarsa, bu bizim xoşbəxtçiliyimizdir. Deməli tamaşaçıya nəyisə göstərə bilmisən. Amma insanların 100% zövqünü oxşamaq da olmur”.


Xəbəri paylaş

8158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___