Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dini Komitə Elşad Mirinin kitabına icazə vermədi
Tarix: 06-02-2018 | Saat: 18:33
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” adlı kitabının çap olunmasına qadağa qoyub.
Bu barədə ilahiyyatçı açıqlama verib. O bildirib ki, buna görə komitəni məhkəməyə verəcək:
“Kitabın dərcinə icazə verilməməsi nə mənaya gəlir? Yəni sən kitabını heç bir yerdə çap etdirə bilmirsən. Ölkədən kənarda da dərc olunsa da, ölkəyə idxal edə bilmirsən. Buna qadağa, yoxsa icazə verməmək deyilir, siz qərar verin.
Mən bu gün ekspertizanın rəyi ilə tanış oldum. Sabah bununla əlaqəli geniş video açıqlama yayacam və sonra  həmin əsasla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verəcəm.  Sadəcə olaraq təəssüf ki, ekspertizada bir şəxsin yazdığı rəy əsasında komitə hansısa kitabın dərc olunmasına icazə vermir. Bu heç bir şəkildə doğru yanaşma deyil.  Orada mənim kitabıma rəy verə biləcək bir ilahiyyatçının olmadığını xatırladıram. Çünki bu gün normal ilahiyyatı bitirən insanlar komitədə ekspertizada rəy verirlər. Amma o insanlar mənim kitabıma rəy verə biləcək səviyyədə deyillər. Təkəbbürlük olsa da, reallıq budur.  Bu məsələ ən yaxşı halda məhkəmə yolu ilə həll olunmalıdır. Azərbaycanda mənim kitabıma rəy verə biləcək ekspert varsa, sevinərəm”.
Qeyd edək ki, bundan öncə ilahiyyatçı  saytımıza açıqlamasında bildirmişdi ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
22-02-2016, 10:36 Cəbhədə nə baş verir?

bütün xəbərlər
____ Instagram ___