Uşaqlarına “Arenda”, “Toybəy” adı qoymaq istəyən valideynlər var
Tarix: 06-02-2018 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki “Adlar və soyadlar” komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.
Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - “Toybəy”, “Arenda” adları ilə bağlı müraciətlər olub: “Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də “Əli” və “Yusif” adlarının “Ali” və “Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması “Əli” və “Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.
Son dövrlər oğlan uşaqlarına daha çox dini adların qoyulduğunu vurğulayan S. Sadıqova qeyd edib ki, “Übeyd”, “Üveys” adları ilə də bağlı edilən müraciətlər artıb: “Bu günlərdə “Musab” və “Ünalp” adları ilə bağlı müraciət edilib. “Ünalp” çox maraqlı addır. “Ün” - səs, “alp” - igid deməkdir. Bu ad “İgidin səsi” anlamını verir. “Ünal”, “Tuqan”, “Tuqay” adları da artıq qəbul olunub. “Tuqay” adının isə iki mənası var. Bu ad həm “hərbi birlik”, həm də “əziz” mənasını daşıyır”.
Xəbəri paylaş
6368 dəfə oxunub.
Digər xəbərlər

16-08-2021, 18:18
Valideynlərdən vaksin sənədi tələb edilir?
13-10-2019, 11:57
Suriyada 500-ə yaxın terrorçu məhv edildi
5-10-2017, 14:54
Cahangir Hacıyev “kars”a niyə salınıb? - Vəkilindən açıqlama
16-03-2016, 10:56
Bakıda yaşlı kişi dayanacaqda can verdi (FOTO)
7-07-2017, 12:26
Azərbaycanlılara qan udduran şəxs ələ keçdi - FOTO
14-05-2016, 02:19
ABŞ-dan Tunisə 20 milyon dollarlıq yardım
27-10-2018, 10:56
Qubada ərinin əmisi oğlu ilə qaçan gəlinlə bağlı şok fakt: atası, qaynı, dayısı və əri...
27-05-2016, 15:33
Azərbaycanın Rusiyadakı səfirliyindən Nalbəndyana cavab