Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 6 nəfər yaralanıb
Tarix: 06-02-2018 | Saat: 11:35
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər



Suriyanın İdlib bölgəsində müşahidə məntəqəsinə hücum nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub.
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Terrorçuların hücumu nəticəsində Türkiyənin 5 hərbçisi və bir mülki şəxs də yaralanıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 9-da Türkiyə ordusu İdlib əyalətinə daxil olub. Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq İdlibə giriblər. Astanada baş tutan altıncı görüşdə əyalət münaqişəsiz bölgə elan edilib.
Təminatçı üç dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcəklər. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır. Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.
2017-ci ilin dekabrında Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı silahlılar İdlibdə Türkiyə hərbçilərinin yerləşdiyi əraziləri bombalamışdı. Türkiyə hadisə ilə bağlı İran və Rusiyaya etirazını bildirmişdi.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___