Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yolda rəqs edən qız polisə çağırıldı - Maşın müğənninindir
Tarix: 06-02-2018 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yolda rəqs edən qız polisə çağırıldı

Dünəndən Bakıda bir qızın maşınla yolun ortasında rəqs etməsi müzakirələrə səbəb olub.
Hadisə Cavanşir körpüsünün yaxınlığında baş verib və görüntülərdən məlum olur ki, xanım digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. 
Xəbəraz.Az xəbər verir ki,qafqazinfo məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K. Əliyev bildirib ki, artıq həmin xanımın kimliyi yol poilisi tərəfindən müəyyən olunub:
“Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. O xanım idarəyə dəvət olunub. İlkin araşdırmalar gedir. Bizim də müəyyən etdiyimizə görə maşın müğənni Nur Cəfərlinin adınadır. Onun nə səbəbdən belə atdım atdığı verdiyi ifadədən sonra məlum olacaq. Hadisənin nə vaxt baş verdiyi də hələ ki, bilinmir. Belə bir halın  ümumilikdə yolun hərəkət hissəsində edilməsi cəmiyyət içərisində yaxşı qarşılanmır. Bu insanlara heç də yaxşı nümunə deyil. Oynamağa yermi azdı? Cəmiyyətdə tanınmaq üçün belə yollara baş vurmaq lazım deyil. Yəqin ki araşdırmalar bitdikdən sonra məsələ aydınlaşacaq”.


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___