Qəzada ölən şəhid qızının anası sürücünü bağışladı
Tarix: 01-02-2018 | Saat: 19:47
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən R. Rəhimov özünü təqsirli bilməyib.
Sonra mərhum Könül Əkbərovanın hüquqi varisi - anası ifadədə verərək, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını deyib.
Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee" markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.
Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.
R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.
K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

20-05-2016, 13:54
DSX-dan irimiqyaslı hərbi təlim - Foto
9-08-2017, 13:33
Afət Telmanqızı “Space”dən də getdi
9-06-2017, 13:58
Əli sevgilisindən ayrıldı - VİDEO
14-06-2016, 12:55
İlham Əliyev Obamaya məktub göndərdi
9-01-2020, 14:22
Azərbaycanda dekan işdən qovuldu: “Tələbələrin geyiminə...”
18-08-2015, 21:26
65 yaşında dördüz dünyaya gətirdi - FOTO
10-05-2016, 15:04
Zakir Həsənov cəbhədə - Fotolar
8-09-2017, 12:47
Vətənimizdə ana dilində danışıb, amma azərbaycanlı olmayanlar
19-06-2019, 16:48
Zaur Aysuna geyiminə görə QADAĞA QOYDU
6-01-2023, 14:08
Sabah Bakıya sulu qar yağacaq