İnternetin qiyməti endirildi
Tarix: 01-02-2018 | Saat: 13:57
Bölmə:Karusel / Texnologiya | çapa göndər
"Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom”) genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.
Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər.
Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.
"Baktelecom”un genişzolaqlı internet xidməti üzrə tətbiq olunan yeni tariflər haqqında məlumatı www.baktelecom.az saytına və ya "155” qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.
Xəbəri paylaş
1 5558 dəfə oxunub.
Digər xəbərlər

5-02-2018, 10:29
Bərdədə 16 yaşlı qız qaçırılıb
28-09-2015, 15:30
“Xəzər Dəniz Gəmiçiliyində” yoxlama aparılacaq
3-02-2016, 18:22
Sabaha olan rəsmi məzənnə açıqlandı
23-08-2017, 11:45
Cəbhədən xəbər var
21-12-2016, 22:46
"iPhone8"-də sürpriz YENİLİK
25-01-2017, 17:05
Havalar yenə soyuyur - Qar yağacaq
26-05-2016, 20:41
Bakıda klinika rəhbəri olan həkim həbs edildi
24-02-2016, 08:33
"Barselona" qalib gəldi - Messi, Messi...! FOTO VIDEO
12-07-2021, 15:59
Azərbaycanda dəhşətli qəza: Toy kortejində maşın aşdı, ölən var