Azərbaycanda qeyri-adi hadisə: Cinsiyyəti məlum olmayan uşaq doğuldu
Tarix: 01-02-2018 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanda cinsiyyəti məlum olmayan uşaq dünyaya gəlib. Həkimlər onun cinsiyyətini təyin etmək üçün analizlər etmək məcburiyyətində qalıb.
Bununla bağlı məlumat verən uroloq-cərrah Fuad Hüseynov bildirib ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub. Belə ki, uşağın xayaları yerində olmayıb: “Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi. XY, yəni xromosom analizinə görə baxdıq ki, uşaq oğlandır və ciddi endokrinoloji problemi yoxdur”.
F.Hüseynov deyib ki, uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub: “Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. 1 yaşında ilk etap əməliyyatını uğurla bitirdi. İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik, cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Hazırda evlərindədir, 2-ci seans əməliyyatını gözləyir”.
(ailem.az)
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

31-10-2016, 14:45
"Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür"
18-03-2020, 20:22
ABŞ Kanada ilə sərhədi bağlayır - Koronavirusa görə
16-02-2016, 12:46
Məhkəmə Gülər Əhmədovanın şikayətini təmin etmədi
24-12-2017, 13:12
“Qalatasaray”ın Fatih Terimlə ilk sınağı
9-05-2017, 23:49
11 yaşlı uşaq çayda boğulub - Yenilənib
19-05-2020, 08:46
"Bayer" səfərdə "Verder"i darmadağın etdi
19-11-2017, 20:06
Azərbaycan Dövlət İqtisad Universitetində dəyişən yalnız obreviaturanın UNEC-lə əvəzlənməsidir
15-01-2016, 13:12
Ölkədə yükdaşımanın qiyməti bahalaşdı (VİDEO)
8-12-2015, 21:28
Türkiyə sahilərində altı qaçqın uşaq boğularaq ölüb
18-12-2017, 21:07
"İnsan anasının qeyrətini necə çəkər, ata da mənim üçün ..." - Xalq artistinin oğlu