Səni sevirəm, amma gedirəm” -12 gündür yoxa çıxan gəlin
Tarix: 31-01-2018 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb. Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb. O, bir uşaq anası olan Türkan Lətifovanın şəkərli diabet xəstəsi olduğunu, müalicəsi üçün istifadə etdiyi dərman preparatlarının, şəxsiyyət vəsiqəsinin, geyim əşyalarının evdə qaldığını bildirib. Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən ilə ailə qurduğunu və evdə heç bir söz-söhbət olmadığını, xəstəliyi ilə bağlı onu müalicə etdirdiyini bildirib:
“Yanvarın 18-də işdə idim, nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gəldikdə gördüm ki, Türkan yoxdur. Evdə onun məktubunu tapdım. Türkan məktubda “Rüfət, səni sevirəm, amma gedirəm” sözlərini yazaraq evi tərk edib”.
R. Məmmədov həyat yoldaşının tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.
Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.
Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.
Xəbəri paylaş
7428 dəfə oxunub.
Digər xəbərlər

11-12-2021, 11:17
Restoranlar dekabrın 31-i gecə saat 2-dək işləyəcək - Yeni qərar
3-02-2016, 18:24
“Azərişıq”dan daha bir yenilik
23-01-2021, 15:06
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib
23-03-2015, 21:32
Ölümdən sonrakı, Həyat -Oxumağa Dəyər
12-04-2017, 15:55
Tərxun çayının faydaları
24-01-2017, 11:49
"Gələn aydan pensiyalar artımla veriləcək" - Nazir
21-04-2016, 17:41
Azərbaycan XİN bəyanat yayıb
20-04-2016, 21:37
Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN
21-05-2016, 15:07
"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi