Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gülnara Kərimova 300 milyon dollarlıq cinayət işi açıb.
Tarix: 04-07-2015 | Saat: 17:52
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Gülnara Kərimova 300 milyon dollarlıq cinayət işi açıb.
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnara Kərimova barədə yeni xəbər var.

Xeberaz.az Guardian qəzetinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi hazırda Daşkənddə ev dustaqlığında olan Gülnarə Kərimovaya qarşı yeni iddia qaldırıb.

Qəzet yazır ki, prezidentin qızı Özbəkistan rəhbərliyinin üst səviyyə adlarından birinə ödənilən rüşvətin geri alına bilməsi üçün 300 milyon dollarlıq cinayət işi açıb.

Qeyd edək ki, prezident qızının yaxın adamları Qayane Avakyan, Rustam Madumarov, Nurmuxammad Sadikov dövlətə 152,3 milyon dollarlıq ziyan vurublar. Onlar dövlət səhmlərini aşağı qiymətlərlə alaraq onları mənimsəyiblər və digər maliyyə maxinasiyalarına yol veriblər.

Kərimova özünə qarşı bütün biznes pozuntuları iddialarını rədd edir.

Xatırladaq ki, ötən ilin sentyabrından etibarən Gülnarə Kərimova Özbəkistan xüsusi xidmət orqanlarının güclü təqibləri altında olmuşdu. Onun bütün biznesi əlindən alınmışdı, adamları həbs olunmuşdu, özünə ölkədən çıxmaq qadağan edilmişdi. . G.Kərimova buna cavab olaraq anası Tatyana Kərimova və kiçik bacısı Lola, habelə atasının rejimi ilə bağlı twitter üzərindən ifşaedici məlumatlar yaymışdı.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
16-12-2018, 20:44 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___