Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xatunla Fatimənin davası, Tatlısəsə qurban kəsmək, Damlanın deportasiyası, Teymur əminin qocalığı - HƏFTƏBECƏR
Tarix: 29-01-2018 | Saat: 12:10
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Azərbaycan şou-biznesində elə adamlar var ki, onlar bu sahədə olmasaydılar da, çörəkləri olacaqdı. Məsələn, müğənni Xatun ya parodiyaçı, ya da idmançı kimi məşhurlaşa bilərdi. Hərçənd ki, Xatunun tanınmağında müğənniliyindən daha çox parodiyalarının rolu olub. Elə o gün də necə əsəbləşibsə, gedib rəqqasə Fatimənin obyektinə, sözləri çəp gəlib. Sonrası da məlumdur. Eşitdiyimə görə, Xatun deyib ki, bundan sonra qardaşı Balaş haqda kimsə artıq-əskik danışsa, hamısını Fatimənin aqibəti gözləyir.
Zenfira adlı Azərbaycanlı sənətçi var. Şəxsən mən onu həyat yoldaşına görə tanımışam. Daha doğrusu, bir neçə dəfə həyat yoldaşı polisə çağırıldığı üçün. Yadınızdadırsa, bu yaxınlarda saytlar onun ifasından sonra İbrahim Tatlısəsin kövrəldiyini yazmışdılar. Bax, həmin qız. O gün də Seda Sayanın verilişində qonaq olub. Deyib ki, İbrahim Tatlısəsə qurban demişdim. Hər dəfə bu haqda yazıram, bu dəfə də yazacam. Bəli, Tatlısəs böyük sənətkardı. Amma bizim ondan daha böyük sənətkarlarımız var. Çox böyük olmasa da, Fikrət Məmmədov kimi aktyorumuz var ki, bu gün xəstəxana künclərində ağır xəstəliklə (Hepatit C) çarpışır. Təkcə "Fəryad" filmində yaratdığı obrazı nəyə desən dəyər. Elə həmin qurbanın birini də Fikrət Məmmədov üçün kəsərsiniz. Nə edək ki, Fikrət Məmmədov Tatlısəs qədər məşhur deyil və ona kəsilən qurban "reklama işləməyəcək".
Damlanı Rusiyadan deportasiya ediblər. Sənətçi deyib ki, bu məsələni şou-biznesdəkilər təşkil edib. Söhbətə bax e. Şou biznesdəkilər uzağı Biləcəriyə qədər nəyəsə və kiməsə təsir göstərə bilərlər. İnanmıram ki, sərhəddən o tərəfə bizimkiləri sayan olsun. Xüsusən də indikiləri. Yeri gəlmişkən, Damlanın mətbuat konfransı keçirdiyi zalın döşəməsini dəyişdirməyə başlayıblar. Deyilənə görə, o qədər ağlayıb ki, döşəmə çürüməyə başlayıb.
Ötən həftə xalq artisti Aygün Kazımovanın 47 yaşı tamam oldu. Aygünə pərəstiş edən oxucuların və özümün adımdan Kazımovanı təbrik edirəm. 
Xalq artisti Yalçın Rzazadə uzun fasilədən sonra maraqlı açıqlamayla çıxış edib. Sənətkar deyib ki, sənət olmayanda bədən gedir qabağa. Tamamilə doğrudur. Amma qorxuram ki, bu açıqlamadan sonra bodibildinqlə məşğul olan idmançıların hamısı şou-biznesə qoşulsunlar.
Müğənni Xatirə İslam deyib ki, kökəldiyim üçün efirlərə çıxa bilmirəm. Mən də deyirəm axı bu, niyə neçə aylardı camaatı "İnstagram"dan söyür. Sən demə, efirə çıxa bilmirmiş.
Xalq artisti Teymur Mustafayev çoxdandır efirə çıxmırdı. O gün efirdə aşıq Telliylə qonaq olub. Amma elə hərəkətlər edib ki, adam az qalır Xatirənin köklüyündən Teymur Mustafayevə də arzulasın. Heç olmasa əlli ildə qazandığı hörməti ara-bərə efirlərində itirməsin ağsaqqal.
 İntiqam Valehoğlu


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___