İnternetdə tanış olduğu qadın kişinin başına oyun açdı-Bakıda
Tarix: 27-01-2018 | Saat: 12:06
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda maskalı şəxslər evə basqın edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.
Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.
Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

23-11-2019, 01:00
Bakıda mənzildən 47 yaşlı qadının meyiti tapılıb
1-11-2021, 09:16
Pedofiliyanın gizli əlamətləri - Uşaqları necə qoruyaq?
10-05-2017, 17:15
İlkin Həsəni həyat yoldaşına bahalı avtomobil hədiyyə etdi - FOTO
16-03-2017, 21:21
Sınaq imtahanları üçün ödəniş məbləği belə olacaq
26-04-2023, 11:10
Bakıda DƏHŞƏT: "Instagram" paroluna görə arvadını öldürdü - TƏFƏRRÜAT
4-06-2019, 11:05
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb…
27-09-2017, 11:50
50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi
5-02-2022, 12:31
Azərbaycanda fotoları yayılan qız intim xidmətlər təklif edən “Telegram” kanalını polisə verdi