Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fədayənin bacısı onunla həbsdəki görüşündən danışdı-"O qədər peşmandır ki.. Özü də deyib ki.."
Tarix: 26-01-2018 | Saat: 17:17
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Bacısı həbsdə olan Fədayə Laçınla ilk dəfə görüşdü
Müğənni İlahə Fəda “5/5” verilişinin qonağı olub.
Sənətçi həbsdə olan müğənni bacısı Fədayə Laçından danışıb.
Bacısı həbsə girəndən onu görməyən İlahə bu yaxınlarda bir araya gəldiklərini söyləyib:
“Fədayə duyğulu qızdır, onun qəlbi var. Həyatdır... Fədayə bizimlə görüşmək istəmirdi. O, hissiyatı olan qızdır. O qədər peşmandır ki... Özü də deyib ki, aldadılmışam. Onun saf duyğularından istifadə ediblər. 

İstəmirdi onu orada görək. Amma getməyə bilmərik. Onunla bir dəfə görüşmüşəm, bu yaxınlarda qanun çərçivəsində görüşdük. Bəzi sağlamlığı ilə bağlı problemləri var. Danışdıqlarımız da, yaşadıqlarımız da bizə qalsın. Çox peşmandır, ağlına gəlməzdi ki, belə şey olsun. 

Bacım həbs olunan gündən bütün media hamısı mənə zəng edirlər. Deyirəm ki, biz Afrikanın ucqar yerində yaşamırıq. Biz qanunları olan dövlətdə yaşayırıq. Əgər bacımın cəzası varsa, günahın çəkəcək. Yoxdursa, azad olunacaq”.

İlahə anasından da söz açıb:

"Anam nə Fadayədən, nə də məndən nəsə istəyib. Həmişə çalışmışıq ki, anamı xoşbəxt edək. Anam gənc yaşlarından taleyi tərs gətirən qadın olub. İndi anam kürlük edir, balasını istəyir. Deyir ki, "havalar soyudu, görəsən, Fədayə orada necə olacaq". Dil deyib, ağlaya da bilmir. Bir də görürsən gecənin bir yarısı biz onun ağlamaq səsinə oyanırıq".





Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___