Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə gecə klubunda dava - 5 nəfər saxlanıldı
Tarix: 24-01-2018 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə | çapa göndər



Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Trend-ə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
3-07-2015, 15:13 Facebook pul qazandıracaq

bütün xəbərlər
____ Instagram ___