Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib
Tarix: 23-01-2018 | Saat: 12:46
Bölmə:Karusel / Araşdırma | çapa göndər
Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub.
“Protokolların 33,1 %-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4 %-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2 %-i dayanma və ya durma qaydalarının pozulması, 7,6 %-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4 %-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub”, - DSK-nın cavabında qeyd olunub. (Report)
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

7-05-2016, 02:23
Dünyanın ən uzun böcəyi - Foto
31-01-2017, 13:20
Ata 13 yaşlı qızını öldürdü - QUBADA DƏHŞƏT
25-04-2019, 12:14
"WhatsApp"a yeni qadağa gəlir - XƏBƏRDARLIQ
15-03-2018, 23:00
Bakı metrosunda sərnişin öldü
17-02-2020, 11:18
Bakıda həkim qadının doğuş anını çəkib paylaşdı (18+VİDEO)
12-02-2017, 10:33
Türkmənistan prezident seçir
27-08-2018, 01:34
İlham Əliyev cənablarının yaxın dostu “Kubiş Moskva” kimlərin ziyarəti üçün Azərbaycana gəldi?
27-05-2016, 00:35
BBC İŞİD-ə görə üzr istədi
22-03-2016, 19:23
“General Zeynalov işdən çıxarıldı