Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın "gey" problemi və kişisiz qalmış qadınlar - Üçüncü cinsin cinsi
Tarix: 04-07-2015 | Saat: 12:47
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Dünyanın "gey" problemi və kişisiz qalmış qadınlar - Üçüncü cinsin cinsi
Bilmirəm, nə zaman cinsi fərqliliyə dəyər deyilib. Amma qadın və kişi fərqininin doğurduğu təbii ayrı-seçkilik hərəyə öz adı ilə müraciət etməyə imkan verir.

Amma imkanı əlimizdən almağa və yanımıza “üçüncü cins” var deyə birini oturtmağa çalışırlar.

Əcəba, alternativlik budurmu ki, qadın və kişinin yanlında bir də orta cins təqdim edilsin.

Üstəgəl, bunu sənin gözünə bəh-bəhlə rənglərə büküb elə dürtürlər ki, aldanmaya bilmirsən.

Mətbuat səhifələrini, KİV-in buraxılışlarını bəzəyən etiraflar və yüzlərlə insanın beynini qıcıqlandıran yazılar...

Hamısı, bir məqsədə yönəlib. Cinsi azlığın ölümündən sonra qurulan PR və göz yaşları...

İntihar hallarının fonunda cəmiyyətə təqdim edilən görüntü və onun altında yatan iyrənc qınaq mesajı.

Qalata körpüsündən özünü atan “mavi” və Qız Qalasının altında bakirəliyini itirmiş gey...

“Onu siz öldürdünüz” deyərək, bütöv cəmiyyəti günahkar çıxartmaq.

Bu bilirsiniz nə təfəkkürüdür?



50il əvvəlki bığıburma, köhnə kişilərin yerini gey, cinsiyyəti məlum olmayan birilərinin tutması.

Bu arada sizə bir ilginc statisika da təqdim edirəm:

Söhbətə nə qədər dəxli olduğunu oxuyub, biləcəksiniz.

90 il əvvəl kişi hormonlarının sayı 120 milyard idi. 40 il əvvəl bu 80 milyarda düşdü. İndi isə bu rəqəm orta kişilərdə 50 -60 milyard təşkil edir.

Özünü kişi kimi hiss edən və cinsi ehtiyaclarının onu formalaşdırdığını hiss edən kişilərin sayı azalır.

Belə bir maraqlı tarixçə var:

Son illər Azərbaycanda ailə dağılmasının səbəblərindən biri və daha ciddisi kişilərin impotent olmasıdır.

Kriptogeylik baş alıb gedir, dedim axı bayaq, sperma həcminin 50 milyon civarında toplanması kişi cinsinə böyük zərbə vurur.

Bunun azalmasının əsas səbəbi isə, qidalanma, ekoloji problem və xəstəliklərdir.

İndi belə bir sual meydana çıxır:

İmpotent kişilər “mavi”dirmi, “mavi”dirsə, mütləq cinsi oxşarı ilə cinsi əlaqəyə girməlidirmi?

Bax, bu indiki günün əsas problemidir.

LGBT kimi dünyaca təşkilatlanmış bir qurumun əsas məqsədi bu tiplərə tam şəkildə hüquq qazandırmaq və onları bizimlə bir masa arxasında əyləşdirməkdən ibarətdir.

İlk baxışdan burda bir problem yoxxur, amma əsas problem bu cinsin təbliği, digər cinslərin də ona meyillənməsinə təkan verməkdir.

Bu vəziyyət görək kimə və nəyə xidmət edir?

Doğmayan, törəməyən və istədiyin məqsədlərə qulluq edən, aqressiv bir ideyaya sahib toplumu idarə etmək daha asandır.

Bu cür toplum dünyanın gələcəyi baxımlından da hipergüclərə sərf edir.

Pis çıxmasın, dünyanın 200-300 milyon geyinin arxasında ABŞ dayanır və onları siyasi çalarlı dəstəklə idarə edirsə, xoruzun quyruğunu görmək mümkündür.

Kimdir bu geylər?

40 il əvvələ kimi homoseksuallıq (Homoseksuallıq — ( yun. ὁμός - eyni , lat. Sexus- cins) eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə) psixoloji xəstəlik kimi qəbul edilirdi. Lakin NƏDƏNSƏ sonralar eynicinslilərin cinsi əlaqəsini xəstəlik və ya psixoloji çatışmazlıq siyahısından çıxardılar. Mən bunun tibbi nöqteyi nəzərdən hansı fəsadlara səbəb ola biləcəyini, hansı xəstəliklərin yaranması, inkişafı və yayılmasından yazmıram. Baxmayaraq ki bura sifilis, AİDS, QİÇS və s. kimi müalicəsi olmayan və ya çox çətin müalicə olunan xəstəliklər daxildir.

İlk dəfə eynicinslərin cinsi əlaqəsi Lut qövmündən baş vermişdir. Allah da bu qövmü şiddətli şəkildə cəzalandırır. Quran bu barədə İlahi tərəfindən göndərilən dəhşətli əzabla Lut peyğəmbərin ailəsindən başqa bütün azğın qövmün məhv edildiyini bəyan edir.



Sizə bir şey də deyim, ətrafımızda baxın, görün kimlər geylərə qanad verir. Kimlər o qanadı qırır?

Hansı millətin daxili tərbiyəsi və milli mənəvi gücü yoxdursa, ordan daha çox gey çıxır, hansı millət mədəni gücünə arxa söykəyirsə, LGBT-ni bayraqqarışıq silib-süpürüb çırpır Avropanın başına..

Bu tiplərə aid qanun və hüquq, insan azadlığı terminləri ilə səsləşir.

Hər şey aydındır, aydın olmayan isə cinsi formasını tam təmin edən, biloji qadın və kişinin zorla orta cinsə sövq edilməsdir.

Yeri gəldi, bunu da yazacağam. Son günlər Facebook sosial şəbəkəsinin rəngləri geylərə dəstəyə xidmət edir.

Olsun, zatən Mark özü də MKİ-yə işləyir.

Hamısı isə bir məqsədə qulluq edir: Dünyada kişi, döyüşçü qalmasın. Bu böyük idarəetmənin bir hissəsidir.

Ümid edirik ki, arzunuza çatmazsınız.

Hər –halda ABŞ dövlət katibi Con Kerrinin “Bütün dünyada LGBT bərqərar olacaq, bunu biz edəcəyik” bəyənatı da xoş olmadı.

Doğrudan da hər şey bir yana, axı necə onunla əyləşəsən, çay içəsən və dost, qardaş deyəsən?

Olmur, atam balası, olmur!


Xəbəri paylaş

9878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___