Türkiyədən namizədlik şüarı: Birlikdə paylaşaq
Tarix: 19-01-2018 | Saat: 18:01
Bölmə:Karusel / İdman | çapa göndər
Futbol üzrə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyinə namizədliyini verən Türkiyə loqo və şüarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, tədbir Türkiyə Futbol Federasiyasının (TFF) milli komandaların təlim-məşq bazasında baş tutub.
Tədbirdə Türkiyənin gənclik və idman naziri Osman Aşkin Bak, TFF-in prezidenti Yıldırım Dəmirörən, milli komandanın baş məşqçisi Mirça Luçesku, həmçinin federasiya rəsmiləri və qonaqlar iştirak ediblər.
Final mərhələsinə namizədliyin təcəssüm olunduğu loqoda top, həmçinin 2024 və Türkiyə sözləri əksini tapıb. Namizədlik şüarı isə “Birlikdə paylaşaq” kimi tərcümə olunur.
Türkiyə AVRO-2024-ə ev sahibliyi hüququna yiyələnsə, çempionatın qarşılaşmaları 9 şəhərin 10 stadionunda keçiriləcək. Bunlar İstanbulun 2 arenası, eləcə də, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Konya, Trabzon, Kocaeli və Ankaradakı stadionlardı.
Qeyd edək ki, AVRO-2024-ü qəbul etməyə Türkiyə və Almaniya namizəddi. Final mərhələsinin keçiriləcəyi yer bu ilin sentyabrın 24-də müəyyənləşəcək.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

22-05-2023, 12:40
Aysunun keçmiş həyat yoldaşı boşanmasının səbəblərini açıqladı - Mən zəif kişi deyiləm...
18-03-2019, 06:55
Terrorçuya haqq qazandıran siyasətçini peşman etdilər
27-02-2019, 09:50
Abşeronda kanalizasiya qapağı oğurları tutuldu - Foto
26-02-2017, 09:08
Xocalı soyqrımından 25 il keçir
19-06-2018, 10:06
Azərbaycanlı deputat vəfat etdi
13-04-2017, 12:53
Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var
18-01-2018, 16:54
Bakıda banka basqın olub