AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil
Tarix: 19-01-2018 | Saat: 17:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olur. Bu hava kütlələrindən 7-si kənardan gəlir. Qalan hava kütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerli hava kütləsi hakim olduğu üçün belə bir hava şəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuq hava şəraiti hökm sürür, arktik hava kütlələri hakimlik edir. Lakin həmin hava kütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.
M. Həsənov qeyd edib ki, adətən belə hava şəraiti uzun müddət davam etmir: “Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasında hava şəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.
Xəbəri paylaş
7788 dəfə oxunub.
Digər xəbərlər

12-05-2016, 19:17
Erməni nazirdən etiraf: "Qabiliyyətimiz yoxdur"
15-12-2016, 14:33
Bakı metrosunda HƏYƏCAN: 18 yaşlı gəncin ürəyi getdi - VİDEO
12-06-2019, 11:26
Bu məhsullar və xidmətlər bahalaşdı - SİYAHI
28-10-2018, 11:05
Qucaqlaşmaq əzələni gücləndirir – ELMİ TƏSBİT
18-09-2015, 22:55
ABŞ-la Azərbaycan arasında ...
4-03-2017, 22:25
“Toyota Prado” piyadanı vurub öldürdü
3-04-2016, 21:42
"Qəbələ" azarkeşləri şəhidlərimizi yad etdi - FOTO
10-12-2016, 19:46
Zaur ağladı: "Məhv oluram" - FOTO
7-08-2015, 13:54
İran-Azərbaycan sərhədində silahlı - İNSİDENT