Azərbaycanli həkimin ixtirasi ABŞ dərsliklərində
Tarix: 17-01-2018 | Saat: 14:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı
Xəbəraz.Az xəbər veri ki,Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı t.ü.e.d. Prof.Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika da ayrıca fəsil kimi salınıb.
Dərsliyin 20-ci fəsli Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur və tədris olunur.
Vaqif Qələndərin sözlərinə görə, bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq canlı insanlarda tətbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan metodika yaradılmışdır. 1999-cu ilin sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb.
Bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr olunmuşdur.
Yaponiya, Braziliya, Çili,Türkiyə, Koreya, ABŞ kimi ölkələrdə bu metodla cərrahiyyə əməliyyatları həyata keçirilir. ABŞ-ın Florida ştatının qabaqcıl, nüfuzlu klnikalarında bu metodla cərrahiyyə əməliyyatları aparılır.
Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus 6 yeni cərrahiyyə metodu,78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata keçirib. 30-dan çox xarici ölkə elmi konfranslarında məruzəçi qismində iştirak edib. V.Qələndər Bakıda 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir. Vaqif Qələndər Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

3-07-2016, 14:15
Bağdadda 2 dəhşətli partlayış: 83 ölü, 176 yaralı - Yeniləndi
5-04-2018, 09:32
Mariya Zaxarova: "Facebook"dakı hesabların bloklanması ilə bağlı vəziyyəti araşdıracağıq"
6-07-2023, 11:44
Bıçaqlanıb ölən tələbəni yaralı halda ÖZƏL KLİNİKALAR qəbul etməyib... - İDDİA - VİDEO
27-08-2015, 11:11
Azərbaycanlı kriminal avtoritet azadlığa çıxdı
24-06-2019, 14:20
İstanbul seçkisinin yekun nəticəsi açıqlandı - RƏSMİ
3-07-2015, 02:53
Hicab bağlayıb, mini ətək geyindi – FOTO
26-04-2017, 15:09
Ağır xəstəlikdən əziyyət çəkən gənc qadın analıq sevinci yaşayıb
27-04-2021, 00:36
Saçını xərçəng xəstələrinə bağışladı
9-06-2021, 20:46
Aysel Şükürün 11 minlik "giveaway" qalmaqalı
11-03-2017, 15:59
Ən faydalı 5 meyvə qurusu: həzmi asanlaşdırır, xərçəngdən qoruyur...