Ermənistan Azərbaycana rəqib oldu
Tarix: 17-01-2018 | Saat: 12:42
Bölmə:Karusel / İdman | çapa göndər
Gənc basketbolçular arasında Avropa birinciliklərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 3 yaş qrupu üzrə milli komandaları da rəqiblərini tanıyıblar.
Belə ki, Elşən Yusubovun rəhbərlik etdiyi 16 yaşadək yığmamız Avropa birinciliyinin C divizionunda mübarizə aparacaq. Basketbolçularımız iyulun 3-dən 11-dək San-Marinonun Serravalle şəhərində qüvvəsini sınayacaq. Komandamız A qrupunda Avstriya, Ermənistan, Albaniya, Moldova və meydan sahibləri ilə gücünü yoxlayacaq.
U-18 millimiz isə B divizionunda qüvvəsini sınayacaq. Samit Nuruzadənin başçılıq etdiyi komanda iyulun 27-dən avqustun 5-dək Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutacaq çempionatda B qrupunda yer alacaq. Burada yığmamız Belçika, Macarıstan, Estoniya, Gürcüstan və Avstriya ilə rəqib olacaq.
20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.
Xəbəri paylaş
5168 dəfə oxunub.
Digər xəbərlər

28-05-2018, 11:25
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (FOTO)
27-03-2015, 11:41
Tovzuda 20 yaşlı qızı şantaj edib qaçırdılar - FOTO
4-06-2019, 09:44
Ramazan ayının 30-cu gününün DUASI
25-11-2021, 11:05
Bakıda naməlum şəxs 5-ci sinif şagirdini maşınına mindirərək oğurlamaq istədi - FOTO
3-07-2018, 15:54
İsti havalar nə qədər davam edəcək?
17-04-2017, 13:48
İnsan həyatını qısaldan 4 ƏN ZİYANLI MƏHSUL
5-11-2016, 11:32
Bakıda möhtəşəm taksi: içi diskotekaya oxşayır - VİDEO
25-11-2022, 10:34
"Gecədən-səhərə kimi bir-birimizi təpikləyirdik" - VİDEO