Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“3D” printerlə bina tikilir - Dubayda
Tarix: 04-07-2015 | Saat: 11:12
Bölmə:Karusel / Dünya / M2 / Texnologiya | çapa göndər

“3D” printerlə bina tikilir - Dubayda

Xeberaz.az-ın alığı məlumata görə Dubayda "3D” printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır.


Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.

Onun sözlərinə görə, ümumi sahəsi 185 kvadratmetr təşkil edən birmərtəbəli tikili hündürlüyü 6 metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə ediləcək.

Bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan layihədə Çinin binaların tikilməsi üçün üçölçülü çapdan hamıdan birinci istifadə etməyə başlayan "Winsun” şirkəti iştirak edəcək. 2015-ci ilin əvvəlində şirkət "3D” printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və sahəsi 1100 m2 olan villa təqdim edib.

Məhəmməd əl-Qarqavinin sözlərinə görə, üçölçülü printerlər ənənəvi bina tikilişi ilə müqayisədə tikinti vaxtını 50-70 faiz, iş xərclərini 50-80 faiz azaltmağa imkan verir.

Ofisin tikintisi 2015-ci ilin martında Dubayda başlayan "Gələcəyin muzeyi” (Museum of the Future) layihəsinin tərkib hissəsidir, - "3DNews” yazır.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___