Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bürclər Yanvar ayında nə vəd verir?
Tarix: 15-01-2018 | Saat: 17:19
Bölmə:Karusel / Qoroskop | çapa göndər



Qoç
2018-ci ilin Yanvar ayının ilk 20 günündə Qoç bürcünün evlilik evinin idarəçisi və eşq planeti olan Venera bu bürcün karier və ictimai status evində olacaq. Venera planetinin bu mövqeyi əlaqələr baxımından sizi daha seçici olmaq məcburiyyətində buraxacaq və sizin diqqətinizi istəyinizə çatmaq və inkişaf etmək üçün sizə kömək edəcək qiymətli insanlara istiqamətləndirəcək. Yüksək mövqedə olan insanlarla, rəsmi vəzifədə olan kəslərlə və ya məşhurlarla da əlaqə içində olmaq istəyəcəksiniz.Bu da sizi qərar vermək məcburiyyətində buraxa bilər. Qoç bürcünün idarəçisi Mars planeti Yupiter planeti ilə qovuşma edəcək, bu da böyük fiziki və cinsi praktika mənasını verər. Ayın sonundakı ay tutulması da böyük cinsi güc mənasını verər. 2018-ci ilin Yanvar ayı Qoç bürcləri üçün professional baxımdan aldadıcı bir ay ola bilər.

Buğa
2018-ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri xüsusilə ayın birinci yarısı boyunca, hisslərinizi ehtiraslı edəcək, lakin bu təsir bütün aya əks olunacaq. Hər iki planet xüsusilə enerjili və yaradıcıdır, beləcə sizi problemli eşq həyatı,dəbdəbəli jestlərlə dolub daşan bir ay gözləyir. Digər tərəfdən bəlkə də siz özünüzü bir hərəkətlə izah edə bilməyəcəksiniz, lakin çox isti və alovlu biri diqqətinizi çəkə bilər. 2018-ci ilin Yanvar ayındakı düzülüş macəralı eşqlər üçün uyğundur, həm də uzun vədəli, birlikdə işlər üçün səy sərf edən cütlər üçün də uyğundur. Çox həyəcanlı bir dövr olacaq, lakin az da olsa təhlükələrlə qarşılaşma riski sizi narahat etməz.2018-ci ilin Yanvar ayı sizin üçün uyğundur.

Əkizlər
Yanvar 2018 - in ilk on günü boyunca Əkizlər bürcünün idarəçisi Merkuri planeti hələ cütlər evində olacaq. Bu Noyabrda başlayan, eşq həyatı ilə əlaqədar bir dövrün sonudur və sizə eşq həyatınızla əlaqədar əhəmiyyətli bir dərs verəcək. Bu vəziyyətdən zövq almağa çalışın, çünki indi hər şey daha asandır və Noyabr, Dekabr aylarından daha birbaşa olacaq. Əgər Əkizlər bürcünün evlilik evinin idarəçisi Yupiter və hərəkətli Mars arasındakı təsiri də hesaba qatarsaq, bəzən Merkurinin təsiri daha tez və davamlı ola bilər. İkinci on gündə daha mühafizəkar olacaq, son on gündə intellektual, mədəni və ya ruhi bənzərliklər ön planda olacaq və üzün vədəli əlaqələr və romantik səyahətlər edə bilərsiniz. 2018 - ci ilin Yanvar ayı professional baxımdan çox aktiv bir ay olacaq, çox gərgin səylər, lakin müvəffəqiyyətlərlə dolu bir ay olacaq.

Xərçəng
Heç bir zaman belə bir dövrlə qarşılaşa bilməyəcəksiniz! 2018 - ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri Yengəc bürcünün eşq evində olacaq,romantik olacaqsınız, fürsətləri güclü bir təsir ilə özünüzə doğru çəkəcəksiniz, əgər təsir edə bilməsəniz, onlara qarşı təxribata başlayacaqsınız. İstəyiniz qarşı qoyulmaz bir gücə sahib olacaq, hissləriniz və duyğularınız alovlanacaq. Hər şey üzərində hökmran olacaq və sizə məsuliyyətlərinizi xatırlatmaq üçün lazım olanı edəcəklər. Hər şeyə baxmayaraq 2018 - ci ilin Yanvar ayı yüksək maraq sahələrinin olduğu əhəmiyyətli bir ay olacaq. Yanvar ayı boyunca ətrafınızla bağlarınız göz qarşısında olacaq: iş birlikləriniz, yoldaşlıqlarınız, komanda işləriniz, kontraktlarınız, ictimai bağlarınız, yarışlar, rəqiblər vs.

Şir
2018 - ci ilin Yanvar ayında sizin diqqətinizi romantizmdən daha çox həyatın praktik istiqamətləri çəkəcəkdir. Lakin bu iki istiqamətin bir - birinə bağlanması mümkündür. Çünki eşq planeti Venera və Aslan bürcünün evlilik evinin idarəçisi Saturn planeti Aslan bürcünün iş evində olacaq, iş yerindən tanış biri ilə yeni bir əlaqəyə başlaya bilər, lazım olan məsuliyyətləri reallaşdırmaq üçün yoldaşınızı da buna daxil edə bilər və ya hər ikiniz eyni yerdə, eyni proyekt üçün çalışacaqsınız. Digər tərəfdən Aslan bürcünün eşq evinin idarəçisi Yupiter, Mars planeti ilə birlikdə Aslan bürcünün məsuliyyət evində olacaq, bu səbəblə siz və sevdiyiniz evlə, valideynlərlə, ailə ilə və uşaqlarla əlaqəli problemlərlə qarşılaşa bilərsiniz.

Qız
2018-ci ilin Yanvar ayı sizin bütün baryerləri aşa bildiyiniz, qorxuların və utancaqlıqların öhdəsindən gəldiyiniz müstəsna bir ay olacaq.Pula gəlincə 2018 - ci ilin Yanvar ayı hər şey güclü olacaq. Həqiqətən yaxşı bir qazanc əldə edə biləcəksiniz, lakin pis günlər üçün pul ayrımanız lazım olacaq.Sizin sağlamlığınız da inkişaf edəcək, lakin 2018 - ci ilin Yanvar ayı boyunca siz hər hansı bir uzaqgörənliyə sahib ola bilməyəcəksiniz. İrəlini görə bilməmənizə baxmayaraq, bildiyiniz kimi hərəkət edəcəksiniz. 

Tərəzi
2018 - ci ilin Yanvar ayının ilk 20 günü boyunca Tərəzi bürclərinin diqqəti ümumiyyətlə ailə və sizə yaxın olan insanlara yönələcək. Xüsusi həyat və isti ailə əlaqələrinə ehtiyacınız olacaq, bu səbəblə köhnə və gerçək bağlara əhəmiyyət verəcəksiniz. Siz və sizin sevdiyinizin pul, ev və torpaq kimi şeylərlə məşğul olacağınız bir dövr olacaq. Praktik həssaslığınız duyğularınızı idarə edəcək. Lakin Yanvar ayının son on gündəliyi boyunca hər şey dəyişəcək, bütün planetləri ətrafında fırladan Günəş və Tərəzi bürcünün idarəçisi, eşq planeti olan Venera cinsilik evinizdə olacaq. Beləcə eşqlə, məmnunluqla, jestlərlə, romantikliklə və ehtiras ilə dolu bir neçə həftəlik dövr başlayır. 2018 - ci ilin Yanvar ayı pul və daşınmazlarla çox əlaqədar olacaq.Sizin karier instinktinizi itiləşdirəcək və sizi alıb satmağa və gəlirinizi artaran yeni işlərlə məşğul olmağa istiqamətləndirəcək.

Əqrəb
2018-ci ilin Yanvar ayı boyunca Mars və Yupiter planetləri də Əqrəb bürcündə olacaq, bu səbəblə ehtiras, hər şeyi qazanma ruh halı və cinsi gücünüz zirvədə olacaq. Mars - Yupiter qovuşması eşqdən, romantik hərəkətlərdən xəbər verəcək və hərəkətlilik vəd edəcək. İlk 20 gün boyunca Əqrəb bürcünün evlilik evinin idarəçisi və eşq planeti olan Venera sizin 3 -cü evinizdə olacaq, bu da sizin eşq həyatınızın müzakirələrlə, mesajlarla və ya səyahətlə keçəcəyindən xəbər verir və intellektual işlər ruhlar arasında körpü qura bilər. Yanvar ayının son on günü boyunca ehtiraslı halınız bir az azalacaq və hər şey bir az daha sakitləşəcək və daha sabit olacaq; ev və ailə prioritet qazanacaq.

Oxatan
2018-ci ilin Yanvar ayının ilk on günü boyunca Oxatan bürcünün evlilik evinin idarəçisi Merkuri planeti Noyabr ayında başlayan müddətin son dövrəsini tamamlayacaq (Oxatan bürcündəki retrograd). Əlaqələr haqqında gerçəkləri vurğulamanız lazımdır; Daha davamlı və daha uyğun bir münasibət yaşamaq istəyirsinizsə bunu ağılınızda tutmanız lazımdır - hər kəsi öz ehtiyaclarınıza uyğunlaşdırın. Merkuri planetinin qarmaqarışıq retrogradı sona çatır, indi hər şey normala dönəcək və bu bəzi Oxatan bürcləri üçün çox xoş olacaq. Yanvar ayının ikinci on günündə pul ilə əlaqədar işlər haqqında qərarlar verə bilər və ya maddi şeylərdən təsirlənə bilərsiniz. Son on gün boyunca bəzi narahatlıqlar hələ də davam edəcək, lakin məlumat, ünsiyyət və səyahət böyük əhəmiyyət daşıyacaq. Sevinciniz, eşq həyatınız və fiziki enerjiniz yavaş yavaş yüksələcək və əvvəlki illərdəki zirvəyə çatacaq.

Oğlaq
Oğlaq bürcündə Venera planeti olacaq, Yanvar ayının ilk 20 günü eşq, uyğunlaşma və harmoniya üçün uyğun olacaq. Venera planeti sizə zəriflik, romantika və cazibədarlıq verəcək. Siz daha xoş və sevilən bir adama çevriləcəksiniz. Cazibədar olacaq və sizdə yeni duyğuların yaranması mümkün ola biləcək və yeni əlaqə yarada bilən şərtlərdən faydalanacaqsınız. Yaxşı anlayış, yaxşı xasiyyətli olma və şən ruh halı sizin eşq həyatınızın idarəçisi olacaq. Venera planetinin Oğlaq bürcündə olması və həm də sizin 11 -ci evinizdə Mars - Yupiter qovuşmasının olması, 2018 - ci ilin Yanvar ayının çox ictimai olacağını göstərir, daha geniş ictimai ətrafınız olacaq, yeni sevgilinizlə tanış ola bilər və ya sevgilinizlə yaxşı vaxt keçirə bilərsiniz.2018-ci ilin Yanvar ayının son on gündəliyi boyunca təzyiq getdikcə azalacaq və yaxşı ruh halı meydana gəlməyə başlayacaq, lakin başınızda daha narahat və gərgin duyğulara da yer ayıracaqsınız. Bu dövr istirahət etməyin yollarını axtarsanız çox yaxşı olar.

Dolça
Yanvar 2018 - in ilk iyirmi günü hər hansı bir meyl baxımından parlaq olmayacaq. Dolçaların fərdi həyatı geri çəkilməyə, gizlənməyə istiqamətli olaraq açıqlana bilər. Xüsusilə ikinci on gündə xariciləşmə və ya xəyal qırıqlığı belə ortaya çıxa bilər. Əgər işlər belə davam etsə ünsiyyət işləri yaxşılaşdıra bilər. Son on gündəysə şanslı olacaqsınız: Eşq planeti Venera və Dolçanın cütlər evinin idarəçisi Günəş Dolça bürcünə keçəcək. Artıq mühit tamamilə fərqli, optimizmlə və şəhvətlə dolu olacaq. Cütlər üçün oyunun adı rahatlıq, şənlik və qarşılıqlı anlayış olacaq. Ayın sonuna doğru başdan çıxarma gücünüz artacaq və şans yolunuza uyğun fürsətlər çıxaracaq. Xoşbəxtlik axtarırsınızsa onu tapacaqsınız. Yanvar 2018 boyunca Dolçaların karieri tam hərəkətdə olacaq. Son on gündə, enerjiniz, inam və optimizminiz bol vəziyyətdəykən ruhi vəziyyətiniz ən güclü tərəfiniz olacaq. 

Balıqlar
Balıq bürcünün evlilik evinin idarəçisi olan Merkuri planeti, Yanvar 2018 - in ilk on günü boyunca karier evində olacaq, bu sahədə uzun bir həsrətin ardından həm professional həm də romantik maraqlarınız arasındakı bağlarınızın bir-birinə uyğunlaşma təmin etməsinə kömək edəcək. Eşq planeti olan Venera ilk 20 gün boyunca sizin 11 - ci evinizdə olacaq, şansdan xəbər verəcək, arzuları reallaşdıracaq və sevdiyiniz adamla mükəmməl bir zaman keçirmənin mümkünlüyünü söyləyəcək, ictimai ətrafınızdan və ya festivalda biri ilə tanış olma fürsətinizin olduğunu da nəzərdə tutacaq. Merkuri planeti də son 20 gündə sizin 11 - ci evinizdə olacaq, bu yönəlmələri təsdiqləyəcək. 2018 - ci ilin Yanvar ayı professional baxımdan dinamik və məhsuldar bir ay olacaq, Diqqətsizlik və həddindən artıqlıqlara meylli olacaqsınız. Bu səbəblə evdə oturub qəhvə və enerji içkilərindən için, çox işləməyin və yaxşıca istirahət edin. Özünüzə diqqət yetirin, xüsusilə son on gündə!


Xəbəri paylaş

1 9508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___