Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntiharlar niyə artır?
Tarix: 13-01-2018 | Saat: 15:24
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər


14 yaşlı məktəbli qız özünü məktəbin 2-ci mərtəbəsindən atdı, Ana özünü yandırdı, bir gənc sevgilisini də, özünü də öldürdü...
Son vaxtlar daha çox eşitdiyimiz intiharlarla bağlı sözlər insanları həddindən artıq narahat edir, narahatlıqlarını artırır.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Müqayisə üçün qeyd edək, 2016-cı ildə həmin maddə ilə 658 cinayət işi başlanmışdı. 2017-ci ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.
Bəs dünya üzrə intiharların statistikası necədirʔ Statistikaya əsasən dünyada hər 3 saniyədən bir kimsə intihar etmək istəyir, hər 30 saniyədən bir isə intihar edir. Hər il təxminən 1 milyon nəfər intihar edir, 20 milyon nəfər isə intihara cəhd edir.
Gəlin görək intiharların səbəbi nədirʔ Onların qarşısını necə almaq olarʔ Statistikaya görə intiharların səbəbi kimi birinci yerdə şəxsi həyatda problemlər, ikinci yerdə ailədə, valideynlərlə problemlər, üçüncü yerdə həmyaşıdlarla, təhsildə və məktəbdə problemlər göstərilir.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov son günlər Azərbaycanda intihar hallarının artmasına münasibət bildirmişdir: «Bu gün intihar edən yeniyetmə və gənclər arasında səhhəti ilə bağlı problemləri və ya zərərli vərdişləri olan yoxdur. Gənclərin intihar etməsinə səbəb özünü tapa bilməməsi və yaxud məişət vəziyyəsində problemlər, sevgi məsələləri və s-dir. Digər tərəfdən ailədaxili konfiliktlər də yeniyetmə və gənclərin psixologiyasına daha çox təsir göstərir. Bir müddət intiharlar iqtisadi səbəblərə bağlandı, banklara borclar və s. Əslində, bir insanın borcu və narahatçılığı, problemi ola bilər. Əgər insan sabaha ümidlə baxa bilmirsə, həyata pozitiv yanaşa bilmirsə, o, özünə qapılır və bir müddət keçəndən sonra onda intihar kimi fikirlər formalaşır».
Yuxarıda sadalanan səbəblər problemin görünən tərəfidir. İntiharların görünməyən və əsas səbəbi də vardır. Başlıca səbəb Allahı unutmaqdır.
Unutmamaq lazımdır ki, insan bədəni Allahla əlaqəli şəkildə yaradılmışdır. İnsan bədəni necə ki susuz qalsa, yaşaya bilməz, məhz bədənimiz də Allahla əlaqədə olmasa, Allahı düşünməsə, Allahdan uzaq həyat yaşasa, bütün hüceyrələrimiz xəstələnər. İnsan o zaman ölmək istəyər. Allah Quranda bizə necə yaşayacağımızı izah etmiş və yol göstərmişdir. Quranda belə bildirilir:
Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)
Elə isə fitrətimizə uyğun olaraq Allaha möhkəm sarılmalıyıq. Onunla əlaqəni nəinki kəsməməli, bu əlaqənin zəifləməsinə belə izn veməməliyik. Bu mövzuda insanları məlumatlardırmaq, onları maarifləndirmək hər bir vicdanlı müsəlmanın borcudur. Unutmayaq ki, Allah insanın həyat səbəbidir. Heç bir varlıq, mal-mülk, vəzifə, pul insanı xoşbəxt edə bilməz, problemini həll edə bilməz, onu həyata bağlaya bilməz. İnsanı xoşbəxt edən ancaq Allahdır, imanıdır.

Nəzakət Bədirova



Xəbəri paylaş

1 0048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___