Azərbaycanda qeyri-adi qaçaqmalçılıq - FOTO
Tarix: 12-01-2018 | Saat: 16:25
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.
Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.
Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.
İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib. Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxildir.
Faktla bağlı araşdırma davam edir.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

17-11-2021, 10:31
ABŞ Azərbaycanla Ermənistana çağırış etdi: Sərhədləri müəyyənləşdirin...
20-03-2016, 11:23
PKK terrorçularının tərəfdarı özünü Bakıda partlatmaq istədi (FOTO)
4-04-2015, 18:29
Bakıda 20 yaşlı gənc işlədiyi yerdə 8 maşını soydu - VİDEO
17-04-2017, 13:48
İnsan həyatını qısaldan 4 ƏN ZİYANLI MƏHSUL
8-06-2016, 19:37
İki erməni hərbçisi öldü
6-12-2020, 14:55
Əsgərlərimiz ermənilərin gizli sığınacağını tapdılar - VİDEO
28-02-2016, 14:10
Xalq yazıçısı "Cəhənnəmə getmək istəyirəm"
17-02-2022, 11:10
Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN
18-10-2020, 11:12
Ermənilər bu istiqamətlərdən hücuma cəhd etdi - MN