Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ötən il rekord sayda ipoteka kreditləri verilib
Tarix: 12-01-2018 | Saat: 16:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Məlumatda bildirilib ki, ötən il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olub. 203,1 mln.manat məbləğində isə 3109 ipoteka krediti verilib.
Ötən il ərzində verilmiş kreditlərin 1076-sı (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir.
2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860-sı (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib.
Ümumilikdə, 2006-2017-cı illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln.manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib.



Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___