Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qış fəslində dəriyə necə qulluq edək?
Tarix: 11-01-2018 | Saat: 11:14
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər



Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.
Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.
Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.
Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində "qoruyucu" ("защитный") və "qış üçün" ("зимний") qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.
Satışda olan "universal" qış kremlərinin istifadəsinə də ehtiyatla yanaşın - bu kremlər hər insana uyğun gəlmir (kosmetoloqla məsləhətləşin və ya dərinizin kiçik bir hissəsində sınayın).
Hər bir kremin tərkibinə (o cümlədən də qış kremlərin) su daxildir. Bu səbəbdən hətta qış kremləri evdən ən azı 30 dəqiqə çıxdıqdan əvvəl çəkmək lazımdır. Bu bütün su ilə olan prosedurlara da aiddir. Əks halda dəriniz qabıq verəcək və çatlayacaq.
Qış fəslində üz dərisinə qulluğunun əsas qaydası: səhər - qidalanma və müdafiə, axşam - nəmləndirilmə və qidalanma.
Səhərlər dərinin təmizlənməsi zamanı kosmetik gel, köpük və s. bu kimi vasitələrdən imtina etmək daha yaxşı olar. Bu vasitələr dərinin üzərində olan qoruyucu piy qatını dağıdaraq dərini müdafiəsiz edir. Xüsusi termal sudan və ya tərkibində spirt olmayan tonikdən istifadə etdikdən sonra dərinizə xüsusi qoruyucu krem çəkin (nəmləndirici yox!), 15-20 dəqiqə gözlədikdən sonra kremin artığını salfetlə silin və daha sonra dekorativ kosmetikanı çəkin.
Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.
Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan istifadə edin, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz edir. Kosmetika dəridə qoruyucu təbəqə yaradır ki, dəriniz daha yaxşı müdafiə olunur. Qışda suya davamlı olan kosmetikadan çox nadir hallarda istifadə edin. 
Qışda meyvə və tərəvəzlər az olur ki, bizim orqanizmimiz (o cümlədən də, dərimiz) vitamin çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən qışda qidalandırıcı maskaları yayla müqayisədə daha tez-tez (həftədə 2-3 dəfə) etmək lazımdır.
Qış aylarında bu kimi üz maskalar etmək olar:
1. 2 xörək qaşığı yağlı kəsmik 1 xörək qaşığı zeytun yağı və 1/2 limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı üzünüzdə 20 dəqiqə ərzində saxlayın.
2. 2 xörək qaşığı xama 1 çay qaşığı şaftalı yağı (apteklərdə və supermarketlərdə satılır) ilə qarışdırılır və təmiz dəriyə şəkilir. Maskanı üzünüzdə 20 dəqiqə ərzində saxlayın.
3. Kök sürtgəcin xırda gözündən keçirilir, üzərinə çiy yumurtanın sarısı, 1 qaşıq zeytun yağı və 1/2 limonun şirəsi əlavə olunur və qarışdırılır. Maskanı üzünüzdə 20 dəqiqə ərzində saxlayın.
4. 2 xörək qaşığı yulaf yarması unu 1 çay qaşığı ərik yağı və 1 xörək qaşığı kələm şirəsi ilə (kələmi sürtgəcdən keçirin və tənzifdən sıxın) qarışdırılır və təmiz üz dərisinə çəkilir.
Nəzərinizə çatdıraq ki, əgər dəriniz çox yağlıdırsa və üzərində civzələr və sızanaqlar varsa, bu maskalardan istifadə etmək olmaz!
Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə silin.


Xəbəri paylaş

9628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___