Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Tarix: 09-01-2018 | Saat: 10:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın qadın Milli Qəhrəmanının şəhid olduğu gündən

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın şəhid olduğu gündür.
Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurub, Neft və Kimya İnstitutuna daxil olmuşdur.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
Onun boğazında zob xəstəliyi var idi və bu xəstəlikdən çox əziyyət çəkirdi. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu. Lakin atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verib. Əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi. O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alıb. S.Əsgərova evdən hərbi forma geyinib çıxıb. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik edib, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qoruyub. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi.
1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçınyolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulub. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələyiblər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilib, mayor İqor İvanov dərhal ölüb. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapıb. O, beş güllə yarası almasına baxmayaraq, maşından yerə düşə bilib, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşüb. Sonda o yerə yıxılıb və ermənilər ona yaxınlaşıb yenidən güllələyiblər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyiblər. Güllələrdən biri onun gicgahına dəymişdi.
Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum ediliblər, lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilib. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Salatın Əsgərova ailəli olub, Ceyhun adlı oğlu yadigar qalıb. O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri və Bakı buxtasında gəzinti gəmisi onun adını daşıyır.
Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Xəbəri paylaş

1 6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___