Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Mənsimovdan Xanım Qafarovanın ailəsinə BÖYÜK JEST
Tarix: 08-01-2018 | Saat: 17:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mərhum aktrisa Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.
Xəbəraz.Az-ın məlumatına görə, bu barədə kulis.az-a millət vəkili Qənirə Paşayeva xəbər verib.

Onun sözlərinə görə azərbaycanlı iş adamı, "Palmal"i şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:
“Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək”.


Xəbəri paylaş

8018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___