Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Dəyişə biləcəyiniz tək futbolçu ilə köynəyinizi dəyişdiniz”-Mahir futbolçulara söz atdı
Tarix: 08-01-2018 | Saat: 12:18
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürov forma kolleksiyasını təqdim edib. Apasport.az saytının məlumatına görə, bu yaxınlarda karyerasını bitirən Şükürov oyunlardan sonra ulduz futbolçuların ona verdikləri formalarla birlikdə şəkil çəkdirib.
 
Bunu şəxsi instaqram səhifəsində paylaşan 36 yaşlı keçmiş futbolçu maraqlı status da yazıb. Eden Azar, Kriştianu Ronaldo, Filip Koutinyo, Nuri Şahin kimi dünya ulduzlarının formasını nümayiş etdirən Şükürov özünü Azərbaycanın ən güclü futbolçusu kimi qələmə verməkdən də çəkinməyib.
 
Belə ki, o, “Azərbaycanda dəyişə biləcəyiniz tək futbolçu ilə köynəyinizi dəyişdiniz” yazaraq, yerli oyunçulara söz atıb.
 
Qeyd edək ki, karyerası ərzində tez-tez klub dəyişməklə məşhur olan Mahir Şükürov Azərbaycan millisinin heyətində 76 oyunda meydana çıxıb, 4 qola imza atıb.


Xəbəri paylaş

8478 dəfə oxunub.

Digər xəbərlər
8-02-2017, 11:25 Qaz 6-dan sonra olacaq

bütün xəbərlər
____ Instagram ___