Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
Tarix: 08-01-2018 | Saat: 11:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.
Xəbəraz.Az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.
O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar Quba rayonunun Xınalıq istiqamətində davam etdirilir. Hələ ki, bir nəticə yoxdur".
Qeyd edək, daha öncə itkin düşmüş alpinistlərin axtarışları Qəbələ rayonunda da aparılmışdı, bu axtarışlar da nəticəsiz qalmışdı.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.


Xəbəri paylaş

5128 dəfə oxunub.

Digər xəbərlər
23-05-2017, 20:28 "James Bond" öldü - FOTO

bütün xəbərlər
____ Instagram ___