Türkiyədə yaşayan azərbaycanlı milyarder otellərinə heç bir həmvətənini buraxmır - QALMAQAL
Tarix: 05-01-2018 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.
Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?
Əldə etdiyimiz məlumata görə, Q.Həsənov, əsasən, Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.
Türkiyədə "Tez Tour" şirkətinə məxsus "Alva Donna Beach Resort Comfort" otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da "Alva Donna" adında beşulduzlu otelə sahibdir.
"Tez Tour" Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı - Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.
Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra "Tez Tour"un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanır. Şirkətin illik gəliri yüksək olsa da, illərdir vergi borclarını ödəyə bilməyib.
Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmə şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.
2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılır.(axar.az)
Xəbəri paylaş
8228 dəfə oxunub.
Digər xəbərlər

24-06-2015, 20:00
Bütün dünya bu şəxsin tikdiyi evdən danışır
11-07-2017, 13:27
Sabahın havası
21-03-2017, 23:32
Daxili işlər naziri istefa verdı - Qızlarına görə
24-07-2023, 11:45
Bu bürclərin milyarder olma şansı var
31-03-2022, 10:46
Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
21-12-2017, 12:43
Gələn ay Azərbaycanda 45 min nəfərin maaşı artacaq - ŞAD XƏBƏR
24-06-2018, 20:47
Türkiyə və ABŞ ordusundan növbəti həmlə
11-05-2019, 18:17
“And olsun Allaha, balamın canına özümə qəsd edəcəm” -Kərim