Erməninin öldürdüyü 5 azərbaycanlı gənc dəfn edildi
Tarix: 02-01-2018 | Saat: 12:25
Bölmə:Karusel / Hadisə | çapa göndər
Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 nəfər azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.Xəbəraz.Az axar.az-a istinadən xəbər verir ki, Xuduyev Röyal Vidadi oğlu, Salahov Elxan Nəbi oğlu, Haxnazarov Vüsal İlqar oğlu, Abdullayev Vüsal Mehdi oğlu və Xəlilov Rəşadət Xəlil oğlunun dəfnində Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı, kənd axundu və kənd camaatı iştirak edib.
Qeyd edək ki, qəza dekabrın 31-də, Ermənistana gedən “Mersedes” markalı avtobusun Tiflisdəki Quru Körpü yaxınlığında LADA markalı avtomobili vurması nəticəsində baş verib. Avtobusun sərnişinlərinə heç nə olmayıb, LADA-da olan 5 azərbaycanlı isə dünyasını dəyişib. Dünyasını dəyişən gənclərin hamısı bir məktəbdə təhsil alıblar və Yeni il ərəfəsində Tiflisə gəzməyə gediblərmiş. Onların hamısının yaşı 21 olub.
Məlumata görə, həlak olan gənclərdən 21 yaşlı Vüsal Haxnazarovun qardaşı və atası da Ermənistan vətəndaşının idarə etdiyi avtomobil vurması nəticəsində həlak olub.
Xəbəri paylaş
2 1588 dəfə oxunub.
Digər xəbərlər

9-05-2015, 14:09
Hərbçilərimiz Moskvadakı Qızıl Meydanda Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə
19-05-2016, 09:09
Elm niyə dinə ziyandır?
18-10-2015, 14:46
Hindistanda iki yaşlı qızı zorladılar
5-10-2015, 00:08
Ziya Məmmədovun bacısının işdən çıxarılmasına - Reaksiya
18-05-2022, 12:43
Xəstələrin gündəlik ərzaq payından kim daha çox yeyir – Xəstəxana, “TAİS İKF” MMC, yoxsa…
21-07-2023, 19:54
Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
22-06-2017, 17:06
“Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirildi-FOTO
23-01-2019, 10:29
AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib
13-01-2016, 21:59
II Qarabağ müharibəsi regionu məhv edəcək