Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycana gətirilən maşınların rüsumu artdı
Tarix: 01-01-2018 | Saat: 13:37
Bölmə:Karusel / Gündəm | çapa göndər



Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən 2018-ci il yanvarın 1-dən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb.
 
Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar olacaq.
 
Bundan öncə isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.
 
1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu kateqoriyalarda olan təzə minik avtomobilləri üçün 0,40 dollar, işlənmiş avtomobillər üçün isə 0,70 dollar sabit qalıb.

Ekspertlər minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun artmasının bazardakı qiymətlərə təsir edəcəyini düşünürlər.

Əmlak bazarı üzrə ekspert, marketoloq Vaqif  Hüseynov Modern.az-a bildirib ki, 2018-ci ildə avtomobillərin qiymətində artım müşahidə ediləcək:

“Gömrük rüsumlarının artacağı əvvəlcədən elan olunduğu üçün faktiki olaraq ölkəyə idxal olunan avtomobillərin qiymətində dəyişiklik müşahidə ediləcək”.
 
V.Hüseynov xüsusilə 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım olacağını qeyd edib:

“Bilirsiniz, Azərbaycan avtomobil istehsalçısı deyil, avtomobil bazarında  idxalçı ölkədir. Ona görə də bu,  avtomobil bazarına ciddi şəkildə təsir edəcək. Əsasən də nəzərə alsaq ki, son bir ildə Azərbaycan taksi bazarında canlanma var. Artıq demək olar ki, hər 10 nəfərdən 5-i taksi sürür.  Müxtəlif taksi şirkətlərinə, onların mobil tətbiqetmələrinə qoşularaq daha rahat taksi fəaliyyəti ilə məşğul olurlar. Taksilərə lisenziyanın verilmə prosesi sadələşəndən sonra hamı taksi sürür və bu özü də müəyyən mənada bazarda avtomobil satışını artırır. Təbii olaraq avtomatik olaraq satış qiymətləri də qalxır. Bunun fonunda proqnozlaşdıra bilirik ki, 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım müşahidə olunacaq. Çünki 15 min manata qədər olan avtomobillər əsasən taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan burada artımın olması mümkündür”.
 
Müsahibimizin sözlərinə görə, qiymətlərdə təxminən 10-15 faizə qədər  artım müşahidə edilə bilər.


Xəbəri paylaş

1 0688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___