Müəllimlərin maaşı nə qədər artacaq? - AÇIQLAMA
Tarix: 28-12-2017 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
“2018-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi 7,7 milyard manat nəzərdə tutulub. Bu, cari ilin göstəricisi ilə müqayisədə 650 milyon manatdan çoxdur”.
Bunu maliyyə naziri Samir Şərifov “AzTV”-yə müsahibəsində bildirib. O qeyd edib ki, növbəti ildə sosialyönümlü layihələrə əlavə vəsait ayrılıb. Təkcə əməkhaqqı fondu üzrə 4,2 mlrd. xərc nəzərdə tutulub:
“Təhsilə ayrılan xərclər də xüsusi böyük çəkiyə malikdir. Gələn il təhsil xərcləri 2 milyard manat səviyyəsində olacaq. Bu rəqəm cari illə müqayisədə 211 milyon manat çoxdur. Bu, kifayət qədər yüksək artımdır”.
Müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artdığını önə sürən nazir deyib ki, həm məktəb direktorlarının, həm də müəllimlərin əməkhaqları yüksəlib:
“Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanı qazanıblar. Diaqnostik qiymətləndirmələr başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı əldə edirlər.
2018-ci ildə bu tendensiyanın davam edəcəyini deyən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələrin başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar.
Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əməkhaqları 35% artıb:
“Bəzi kateqoriyalar üzrə müəllimlərin əməkhaqqı artımı daha yüksəkdir”.
Xəbəri paylaş
1 4338 dəfə oxunub.
Digər xəbərlər

9-07-2018, 12:02
Ən təhlükəli məişət əşyaları:Onlardan hər gün istifadə edirik
16-10-2015, 12:35
8 aya 8 min boşanma - Azərbaycanda
18-01-2016, 11:43
Yanvarın 20-də bağlanacaq yollar - SİYAHI
29-09-2018, 12:32
39 yaşı var, 38 uşaq dünyaya gətirib – Fotolar
14-10-2015, 00:30
Söhrab Tahirin vəziyyəti ağırlaşdı
17-11-2015, 11:20
“BakuBus”un avtobusu qəzaya uğradı: 7 yaralı
27-05-2019, 11:20
Bakıda özünü binadan ataraq öldürən gənc qızla oğlanın KİMLİYİ MÜƏYYƏNLƏŞDİ - ADLAR
24-01-2018, 12:24
Ata və qızını öldürənə ömürlük həbs verildi
2-06-2016, 15:20
Sərdar Ortaç həyat yoldaşını döyüb