Paytaxt əhalisinin xərclərinin yarıdan çoxu ərzaq və yanacağın payına düşür
Tarix: 28-12-2017 | Saat: 09:32
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 mlrd. 964,1 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 1,7% üstələyərək 21 mlrd. 1,3 mln. manat olub.
2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9% artaraq 16,601 mlrd. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-noyabr aylarının səviyyəsini 2,9% üstələyərək 16 mlrd. 596,7 mln. manat təşkil edib.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat daha çox vəsait xərcləyib.
Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 7 mlrd. 539,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6% artaraq 9 mlrd. 61,4 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8% artaraq 45,4% təşkil edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,9%-i elektrik malları və mebelin, 2,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,2%-i əczaçılıq və tibbi malların, 6,9%-i avtomobil yanacağının, 25%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98%-i hüquqi şəxslərdən, 2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
Xəbəri paylaş
6218 dəfə oxunub.
Digər xəbərlər

7-06-2016, 15:16
Putinin partiyasına namizəd döyüldü - Video
9-07-2018, 12:29
Bar qızı ilə eşq yaşayan oğlandan DƏHŞƏTLİ ƏMƏL: gizlicə sevgilisinin iki rəfiqəsini... - Bakıda
11-10-2016, 00:39
Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə hər zaman bir yerdədir, bir yerdə olacaqlar" - FOTO
11-07-2015, 19:08
Ağ çimərlik geyimində kamera qarşısına keçib. - FOTO
23-06-2017, 09:57
"BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"
20-09-2015, 00:57
“Verməyəcəm” deyən qızın həyatını qaraltdılar - VIDEO
28-04-2022, 10:42
Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO
22-12-2015, 17:50
Metyu Brayza: Əliyev-Sarkisyan görüşü nəticə vermədi