Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"
Tarix: 26-12-2017 | Saat: 13:00
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Uzun müddətdir müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızından kömək istəyib.
Təranə "Səni axtarıram" verilişinə çıxıb.
X.Hidayətqızı ifaçılar arasındakı qalmaqala münasibət bildirib. O, hər iki tərəfi qınayıb:
"Sizin davalarınız toyunuza da təsir edəcək. Ailə düşünəcək ki, bunları toya gətirim, ya yox? Mənə Təranə dedi ki, özümü öldürməyə gəlib çatmışam. Ölkələr arasında qırğın gedir, ölənlər olur, sonra barışırlar. Təranə ilə Nazənin nəyi bölüşə bilmir? Təranə mənə müraciət etdi, kömək istəyəni geri qaytarmıram. Qadın olaraq bunlardan utanıram. Təranə barışmaq istəmir. Mən də onu məcbur etməyəcəm. Nazənin deyir ki, oğlum nazirlikdə çalışır, biabır olacaq. Təranə deyir, oğlumla bağlı video yayıb. Təranə deyir Musanın, Nazənin deyir oğlumun əlindən xəta çıxacaq. Təranə video gətirib, bunu yayımlayıb, oğlunu biabır etmək istəmirəm. Mənə sənin prodüserin zəng etməsin. Niyə mən sənin prodüserinlə danışmalıyam? Mənim məqsədim barışıq etməkdir".
T.Qumral isə Nazəninin onu bezdirdiyini və özünü öldürmək həddinə gəldiyini söyləyib:
"Mənə zəng vururlar ki, ayıbdır. Sabah Nazəninin 60 yaşı olacaq. İnsan gənc olsa, bağışlayarsan. Bu yaşda efir qarşısında ər davası edir. Nömrəmi bilir, zəng edib nə sözü varsa, desin. Efir qarşısında təhqiramiz sözlər, saytlarda nalayiq başlıqlar kimə lazımdır? Mənim bu ucuz reklama ehtiyacım yoxdur. Mən canımdan bezmişəm. Gəlmişəm burada öz sözümü deyim. Əlimdə video yazı var. İnsanla dalaşanda elə edirəm ki, peşmançılıq olmasın. Qarşı tərəf ağzına gələni deyir. Efirdə ər davası etmək ölümdür. Bizimki şou-biznes deyil, qan davasıdır. Deyir mənim yiyəm var. Hanı əri? Çıxıb desin ki, bəsdir, sus, mən səni almışam, işləyən adamam. Mənim özümü idarə edəcək ağlım var. Mənim problemim Nazənin deyil. Məni ölümlə hədələyirlər. Ölüm haqdır, öldürsünlər". 
(axşam.az)


Xəbəri paylaş

1 0798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___