Gələn il bu müəllimlər attestasiyadan keçiriləcək
Tarix: 22-12-2017 | Saat: 18:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Gələn il musiqi məktəblərində dərs deyən musiqi müəllimləri attestasiyadan keçiriləcək.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
2017-ci ili mədəniyyət sahəsinin inkişafı üçün uğurlu il sayan nazir əlavə edib ki, Bakı şəhərində və ətraf qəsəbələrdə də mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin şəraiti yaxşılaşdırılır.
Ə.Qarayev deyib ki, hazırda Şağanda və Qızıldaş qəsəbələrində yeni mədəniyyət müəssisələrinin inşası davam etdirilir. Yaxın aylarda həmin müəssisələrin açılışı planlaşdırılır.
Ə.Qarayev bildirib ki, nazirliyin strukturunda aparılan islahatlar nəticəsində 2017-ci ildə regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb. Bununla da yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması istiqamətində uğurlu addım atılıb: “Bu islahatlar həm büdcə xərclərinin daha səmərəli istifadə olunmasına, eləcə də mədəniyyət müəssisələrinin effektiv çalışmasını təmin edəcək. Növbəti ildə müəllimlərin attestasiyası keçiriləcək. Beləliklə də musiqi və incəsənət təhsili sahəsində keyfiyyətin artırılmasını təmin etmiş olacağıq”.
Nazir onu da bildirdi ki, bu il ərzində musiqi və incəsənət məktəblərində yoxlamalar aparılıb, işində nöqsanlara yol vermiş rəhbər şəxslər işdən kənarlaşdırılıb.
Xəbəri paylaş
5198 dəfə oxunub.
Digər xəbərlər

7-01-2018, 22:18
Orta məktəblərdə ingilis dilinin tədrisi qadağan edildi
13-06-2019, 11:23
"Ağlamamışam, tərimi silirdim" -Şeydayev
24-04-2017, 14:04
Şimal küləyi güclənəcək - XƏBƏRDARLIQ
14-03-2022, 04:44
Rusiyada "Instagram"a giriş məhdudlaşdırıldı
7-10-2016, 19:44
"İş tapa bilmirəm" deyən kişi qadın oldu - VİDEO
21-12-2016, 17:27
İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib
27-02-2023, 13:21
“İstanbulu köçürməliyik” – Professordan qorxunc proqnoz
25-07-2015, 20:03
Dünyanın ən zəngin insanı kimdir?