Bakıda klinikaya hücum: ürəyindən vurulan gəncin yaxınları xəstəxananı dağıtdılar
Tarix: 22-12-2017 | Saat: 18:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.
APA-nın məlumatına görə, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib. Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.
Hadisə barədə polisə məlumat verilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, məlum bıçaqlanma hadisə dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xəbəri paylaş
1 4138 dəfə oxunub.
Digər xəbərlər

2-10-2016, 13:00
Terrorçular belə məhv edildi - Video
10-11-2016, 14:20
Nigar Camal paradda göz oxşadı - FOTOLAR
24-02-2022, 10:37
Ukrayna FHN: “Donbasda daha iki kənd işğal olunub”
23-03-2017, 23:14
ABŞ Mosulu bombaladı: 200 ölü
8-02-2017, 16:40
"O biri oğlumu da əsgərliyə göndərərdim" - Şəhid Çingizin atası
30-04-2022, 10:33
Azərbaycanda yağ qıtlığı gözlənilir? Azərsun cavab verdi
5-10-2016, 21:50
"Made in Azerbaijan" brendi - Qayda təsdiqləndi
3-11-2016, 14:01
Polisi görüb əxlaqsız qadına "nişanlımdır" dedi
18-02-2016, 13:54
Avropa Oyunlarının açılışında partlayışa hazırlıqda ittiham olunan şəxsin məhkəməsi başladı