Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çox işləyirik, az qazanırıq - RƏQƏMLƏR
Tarix: 19-12-2017 | Saat: 15:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər


Ölkədə əhalinin iş saatlarının miqdarı artıb. 
Xəbəraz.Az oxu.az-a istinadən xəbər verir ki,rəsmi rəqəmlərə görə, 2017-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib.
2016-cı ilin müvafiq dövründə bu rəqəm 152,2 saat olub. 
Təhsildə iş saatlarının miqdarı azalıb 
Qeyd edək ki, ötən il iqtisadi fəaliyyət növlərindən kənd, meşə təsərrüfatı və balıqçılıqda iş saatlarının miqdarı 155,0 saat, mədənçıxarma sənayesi 149,1 saat, təhsil 147,5 saat,  maliyyə və sığorta fəaliyyəti 153,9 saat, tikintidə 154,6  saat təşkil edib. 
2017-ci ilin hesabat dövründə iqtisadi fəaliyyət növlərindən kənd, meşə təsərrüfatı və balıqçılıqda bir  işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,7 mədənçıxarma sənayesində 153,2 saat, təhsil 146,3 saat, maliyyə və sığorta fəaliyyətində 154,9  saat, tikintidə 154,8  saat olub.
Diqqəti çəkən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlərin iş saatlarının artmasıdır. Bu sahədə bir işçi 2016-cı ildə aylıq 150,7  saat işləyirdisə, 2017-ci ildə bu rəqəm 153,0  saat olub. 
Əməkhaqqı artımı faiz nisbətində azalıb
O ki qaldı iş saatlarının miqdarının çoxalması müqabilində əməkhaqqı artımlarına, cari ilin əvvəlindən əməkhaqqı artımı baş versə də, faiz nisbətində azalma var. 
Belə ki, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 493,8 manat təşkil edib.
2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub.  


Xəbəri paylaş

7518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___