Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İnsan anasının qeyrətini necə çəkər, ata da mənim üçün ..." - Xalq artistinin oğlu
Tarix: 18-12-2017 | Saat: 21:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər

"İnsan anasının qeyrətini necə çəkər, ata da mənim üçün ..." - Xalq artistinin oğlu
Xalq artisti Ramiz Məlikin bir vaxtlar qalmaqal yaşadığı həmkarı Ramiz Novruzla bağlı açıqlamasına ikincinin oğlu Cavidanın sərt reaksiyasından əksəriyyətin xəbəri var.

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonaqlarından biri xalq artisti Ramiz Novruzun oğlu Cavidan olub. 

Cavidan Ramiz Məlikə atası ilə aralarında yaşanan hadisənin illər sonra alovlandırdığı üçün dediyi sərt sözlərlə bağlı danışıb:

"Mən səbrli adamam. Bu söhbət 3-4 il idi gedirdi. Film çəkilişində idim, bu hadisə baş vermişdi (Xalq artistləri Ramiz Novruzla Ramiz Məlik arasında əlbəyaxa dava düşmüşdü). Mən "Axırıncı yol" filminin çəkilişlərində idi. Çəkilişdən çıxa bilmirdim. Eşidəndə orada artıq ürəyim partlayırdı. Mən böyüklərin söhbətinə qarışmıram. Üstündən 4 il keçib. Yuxudan durdum, İnstaqram-a baxırdım. Gördüm orada xəbər yayılıb ki, "Mən Ramiz Novruzu bağışladım, yoxsa 3 illik basdırırdım içəri, gedirdi".

Onu oxuyanda mənə çox pis təsir etdi. İnsan anasının qeyrətini necə çəkər, ata da mənim üçün eynidir. Sənin digər adamla problemin varsa, niyə Ramiz Novruzun adını o şəkildə hallandırırsan?! O məndən asılı olmadı, yazdım. Əlim kəsildi hər yerdən, bilmədim nə edim. Atam da etiraz elədi ki, nahaq etdin. Daha bəsdir də, nə qədər olar axı?! Mən adam arasına çıxıram, ancaq bu söhbət gedir. Deyirlər ki, atan haqqında belə şeylər... O cür yazmaq istəmirdim, o an çox əsəbi idim". 


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___