Bircə arzum var - Şuşada konsert verim"
Tarix: 14-12-2017 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Mənim bundan sonra həyatımda bircə arzum var. O da Şuşada konsert verməkdir. Bu, ən böyük arzumdur".
Bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib.
Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında 70 illik yubileyi qeyd olunan dahi musiqiçi bu günün onun həyatında önəmli bir gün olduğunu söyləyib: "Çox xoşbəxtəm ki, bu gün Moskva Filarmoniyasında mənim çox hörmət etdiyim dahi bəstəkarımız Fikrət Əmirovun əsərləri səsləndi. Çünki mən, Fikrət müəllimlə birgə konsertlər üzərində işləmişəm. Bugünkü konsert proqramında dahi rus bəstəkarı Sergey Raxmaninovun əsəri də ifa olundu. Moskva tamaşaçıları çox diqqətli və eyni zamanda tələbkardırlar".
Qeyd edək ki, bu gün Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunan yubiley konserti keçirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Roskonsert", Moskva Filarmoniyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley konsertinin aparıcısı aparıcısı Rusiyanın xalq artisti Vladimir Berezin olub.(apa)
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

2-02-2019, 13:12
21 yaşlı qızın həyatını bir ədəd şokolad xilas etdi - Foto
27-05-2016, 19:30
Çin alimləri Tarix İnstitutunda
16-03-2015, 20:33
İlham Əliyev Sərəncam İmzaladı.
15-04-2016, 11:53
Zakir Həsənov bu ananın əlindən öpdü – Video
28-12-2015, 15:22
Desperado musiqi məktəbinin yeni il təbriki VİDEO
27-06-2017, 12:20
İradə Ramazan bayramından ailəvi foto paylaşdı, tənqid edildi - rakı, yoxsa ayran?
29-05-2021, 11:14
Dırnaq qaynağı etdirən xanımlara həkim xəbərdarlığı - Foto
1-05-2019, 23:02
“Traktor”da qalmaqal: qapıçı və arvadı həbs edildi - FOTO
10-03-2016, 17:20
Məşhur futboçu Azərbaycana gəlir
27-03-2021, 03:09
Ukraynalı hərbçilər öldürüldü: Qərargah rəisi təcili...