Azərbaycanda meyitdən xəstələrə orqanlar köçürüləcək - RƏSMİ
Tarix: 13-12-2017 | Saat: 12:36
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
"Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.
Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.
Onun sözlərinə görə, donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir.
"Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik. Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".
M.Kazımi bildirib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.
Onun sözlrəinə görə, bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb.
Xəbəri paylaş
7078 dəfə oxunub.
Digər xəbərlər

3-06-2018, 10:08
1963-cü ilin "FERRARİ"si 70 milyon dollara satılıb
17-04-2017, 18:53
"Kara sevda"nın aktrisası sevgilisindən ayrıldı - oğluna görə
16-11-2016, 20:05
Evdə üzərlik, kəklikotu yandırın ki...
10-02-2023, 11:32
Bakıda körpünü buz bağlayıb, 7 avtomobil toqquşub - FOTO
5-10-2016, 21:54
"Kara Sevda"nın bu rəqsi rekord qırdı - VİDEO
15-02-2021, 19:31
Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
6-12-2017, 15:48
Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı
5-01-2022, 11:23
Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq etdi
31-10-2015, 20:23
Əməkdar artistin vəziyyəti pisləşdi: əməliyyat olunacaq