Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ
Tarix: 12-12-2017 | Saat: 19:49
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir.
Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.
Bununla bağlı mütəxəssisin fikirlərini təqdim edirik.
Həkim bildirib ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: “Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var - mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi”.
Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: “Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə - cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur”.(ailem.az)
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

7-05-2021, 20:37
Ağrıyan yerinizə xına çəkin - BİLMƏDİYİNİZ FAYDALARI
9-08-2023, 18:59
Xoşqədəm Hidayətqızı: "Yazırlar ki, böyük oğlunuz hardadır?" - VİDEO
1-07-2021, 17:32
Vilayət Eyvazov rəis müavinini İŞDƏN ÇIXARDI
21-11-2016, 11:57
Azərbaycanda mal ətinin qiyməti niyə qalxıb?
12-12-2019, 06:57
İsveçrədə 59 yaşlı qadın prezident seçildi
6-09-2016, 00:30
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin “Vətənpərvərliyinin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsinin yekun tədbiri
27-11-2017, 09:50
"Azərpoçt"un rəhbəri işdən çıxdı
17-02-2022, 10:46
Təranə Qumraldan Zaur və Vüsaləyə SƏRT SÖZLƏR: Yoldaşımla mən...
7-05-2016, 11:42
“Azərsu” Nizami sakinlərindən üzr istəyir