Fədayə məhkəməyə müraciət etdi
Tarix: 11-12-2017 | Saat: 17:17
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib.
Xəbəraz.Az xəbər verir ki, bu barədə report-a onun vəkili Türkel Süleymanlı məlumat verib. Onun sözlərinə görə, F.Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Vəkil qeyd edib ki, müğənninin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ərizəsini bu gün Nəsimi rayon Məhkəməsinə təqdim ediblər.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Xəbəri paylaş
5988 dəfə oxunub.
Digər xəbərlər

21-12-2016, 01:48
Türkiyədə partlayış: 3 nəfər saxlanıldı
21-09-2015, 21:16
Məkkədə yanğın: Mindən çox zəvvar təxliyyə edilib
17-04-2016, 16:25
ATƏT PA sedrinden Qarabağ münaqişesi ile bağlı AÇIQLAMA
17-04-2022, 10:37
Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...
15-01-2019, 13:18
Bakıya qar yağacaq - Temperatur 10 dərəcə enəcək
23-12-2016, 20:44
Naxçıvan-Məşhəd qatarının hərəkətə başlayacağı tarix açıqlandı
19-06-2015, 20:37
“Neftçi” 23 qat çempionla qarşılaşacaq
17-05-2015, 14:02
Bakıda özünü şübhəli aparan şəxs saxlanılıb. (SİLAHLA)
17-11-2021, 12:59
RƏSMİ: Azərbaycan Ordusu 7 şəhid verib - SİYAHI