Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Öldükdən sonra "Facebook" hesabınız kimə qalacaq?
Tarix: 11-12-2017 | Saat: 13:19
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Öldükdən sonra "Facebook" hesabınız kimə qalacaq?
Çoxumuzun “Facebook”, “Gmail”, “Apple” hesabları var. Bəs, maraqlıdır öldükdən sonra bu hesablara nə olacaq?
Almaniyada 15 yaşlı qızın qatarın altında qalıb ölməsindən sonra mövzu yenidən aktuallaşıb.
Ailəsi hadisənin səbəbini bilmək üçün qızlarının sosial media hesablarını araşdırmaq istəyiblər. Ancaq bütün araşdırmalara rəğmən, ona aid heç bir məlumat əldə edə bilməyiblər.
Məlumatlara görə, əgər “Facebook” hesabınız varsa, öldükdən sonra hesabınız birdəfəlik bağlanacaq və ya bir xatirə hesabına çevriləcək. Bunun üçün ölənin yaxını “Facebook”a ölüm sənədi göndərməlidir.
“Twitter” də hesabı birdəfəlik silməyə icazə verir. Ancaq bunu yalnız hesabın sahibi edə bilər.
“Google” isə “Gmail”i istifadə edib-etmədiyinizi, hesabınıza daxil olub-olmadığınızı yoxlayır. Hesabınız müəyyən bir müddət ərzində bağlı olarsa, öncədən istifadə etdiyiniz ünvanlara sizin sözlərinizdən ibarət məktub göndərilir.
“Apple” isə istifadəçilərin gizliliyinə önəm verir. Əgər “Apple” istifadəçisisinizsə, öldükdən sonra bütün hesablarınız sizinlə bərabər “öləcək”. Həmçinin, bura fotolarınız, musiqi, filmlər də daxildir. Onların yenidən qaytarılması üçün məhkəmədən icazə almaq lazımdır.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___