Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Quranla fala BAXANLAR - “Allah onlara lənət eləsin!”
Tarix: 09-12-2017 | Saat: 18:19
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Bu gün islam dinində olmayan bir şeyi dinə əlavə edənlər çoxdur.  Bəzi baxıcılar, hətta mollalar insanların cahilliyindən yaxud çıxılmaz vəziyyətdə qalmasından çox gözəl istifadə edə bilirlər. Məsələn, onlar Quran kitabı vasitəsilə gələcək üçün müəyyən vədlər verirlər.  Hər halda ətrafınızda  “övladım olmur, qızım ərə getmir,  gedib bir  Quran açdırım” deyənlər az deyil.
 
“Müsəlmanam” deyib  dinin qadağan etdiyi əməllərə əl atanlar hələ də qalıb.
 
Necə deyərlər, Quranı hər kəsin məişət suallarına cavab verəcək  kitab səviyyəsinə endirmişik. Bəzi fırıldaqçı şəxslər guya insanların gələcək taleyini, bəxtini, maddi vəziyyətini, başına gələn müsibətlərin səbəbini, hətta neçə övladı olacağını və nə zaman ailə quracağını belə, Qurandan oxuduqlarını söyləyirlər.
 
Quranla insan taleyinə necə “baxırlar”?
 
Quran açdıranların dediyinə görə, ilk olaraq baxıcı adı, soyadı, ananın, atanın adını soruşur. Ərəb hərfləri ilə onları kağıza yazır. Daha sonra onun yanına hansı niyyətlə gəldiyini öyrənir və  müqəddəs kitabı üfləyərək onu açır. Hansı səhifə açılırsa, onu oxuyub tərcümə edir və gələcək taleyin barədə məlumat verir. Bundan sonra həmin şəxs “məsləhət”  görsə, dua yazıb səni yola salır.
Əksər hallarda özünə “molla” deyənlər, güclü “seyid” nəslindən olanlar Quran açmaqla məşğuldur. Bəlkə də buna görə insanların inamından rahatlıqla istifadə edə bilirlər.
 
Müqəddəs kitab  insanların gələcəyindən xəbər verə bilərmi?
 
Bununla bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli  modern.az-a danışıb:
 
“Ümumiyyətlə dəfələrlə  vurğulamışam ki, Azərbaycanda əhli-beyt sevgisi, sevgili peyğəmbərimizin soyundan gələn seyidlərə hər zaman böyük ehtiram və sevgi olub.  Amma təəssüf ki, heç bir halda seyid olmayan, peğəmbərimizin mübarək soyuna aidiyyatı olmayan adamlar özlərini seyid elan edir və Quran açırlar. O cümlədən insanların taleyi haqqında xəbərlər verirmiş kimi onların dini duyğularını istismar edirlər. Bunlar təbii ki, ən böyük günah əməllərdən biridir və onların son yeri cəhənnəmdir”.
 
Seyid Camal Əzimbəyli  bildirib ki, islamda istixarə etmək deyilən bir anlayış var:

 
“Yəni kimlərsə hər hansı bir işə görə Rəbbindən işarə gəlməsini istəyərlər. Bu, anlaşılandır və bütün görüşlərdə, məzhəblərdə qəbulolunandır. Kiminsə Quran açması, guya insanın taleyində nələrinsə baş verib-verməyəcəyini söyləməsi cahiliyyət dönəminin düşüncə daşıyıcılarının fikirlərinə daha çox bənzəyir.
 
Bu gün də təəssüf ki, Qurani-Kərim kitabı bu cür istismar edilir. Quranda “sən bunu etmə”, “sənin gələcəyində filan şeylər olacaq” tipli məlumatların yazılması fikri cəfəngiyyatdır. 
 
Qeyd etdiyim kimi yalnız islamın bütün görüşlərində istixarə deyilən anlayış var. Bu da islam böyüklərinin  fikirlərinə  dayanıqlıdır”.
 
Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova saytımıza açıqlamasında qeyd edib ki,hansısa baxıcı Allahın işinə qarışa bilməz:
 
“Quran açdırmaqbineyi-qədimdən var. Ya da ağ magiya, qara magiya. Ağ magiya dualar, Qurandır. Qara magiya da məlumdur. Ağlamaq da var, gülmək də. Hansını həyatından silə bilərsən? Qaldı ki, Quranla fala baxdırmaq məsələsi və baxıcıların işinə, qurban olum Allaha, yaradıb da. Bizim əgər ulu babalarımız bu adəti qoyub gedibsə, bunu dana bilmərik”.
 
Y.Zeynalova  düşünür ki, Azərbaycanda mollalar Quranla iş görmür:
 
“Mənim üçün Quran kitabı elm, ayə, savaddır. Ya sən, ya mən, ya da hansısa baxıcı Allahın işinə qarışa bilməz. Hansı kitab dünyanın dağılacağı barədə nəsə deyə bilər? Eləcə də Quran kitabı. Mən bir dənə onu bilirəm ki, nəvəmin toyunda oynayacam. Fikirləşin ki, nəvəmin bir yaşı var.
İndi Quranla fala baxan qalıbmı, bilmirəm. Amma mənim aləmimdə heç kim Quran açmaqla gələcəyi müəyyən edə bilməz. İş kitabı ilə Quran kitabını səhv salıblar. Quran kitabı ədəbiyyat, gözəllik, varlıqdır. İş kitabı da elə iş kitabıdır.  Səhv salanlar, çaşanlara Allah lənət eləsin. Bığ ayrı, saqqal ayrı, göz ayrı, qaş ayrı.
 
Quran açmaqla fala baxan mollalar varsa,  onları sorğu-sual etmək olar. Amma Azərbaycanda mollalar Quranla iş görmür. Əgər düzgün molladırsa, bunu edə bilməz. Quranda iş yoxdur.
 
Quran saflıq, paklıq, təmizlik rəmzidir. Allahı tanı, vaxtlı-vaxtında namazını qıl, orucunu tut, Həccə get, amma Quranla fala baxdırma. Bunlar boş-boş şeylərdir.  Molla olasan, Quranla iş görəsən. Bu, inandırıcı deyil”.
 
Məşhur baxıcı, daha doğrusu, artıq bu işlərə tövbə edən Yeganə Zeynalova “iş kitabı nədir”  sualımızı belə cavablandırıb:
 
“Televiziyada “Ulduz falı İlham” (İlham Mirzəyev-red) iş kitabı ilə işləmirdi?   İş kitabı nədir, ondan soruşun. Mən elə şeylərə cavab verə bilmərəm”.


Xəbəri paylaş

9228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___