Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tələbə dəm qazından boğularaq ölüb - FOTO
Tarix: 08-12-2017 | Saat: 16:58
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Tələbə dəm qazından boğularaq ölüb - FOTO
Bakıda tələbə oğlanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.Nizami rayonu, Çobanzadə küçəsində ailəsi ilə birgə yaşadığı mənzildə vəfat edən 1997-ci il təvəllüdlü Həsənov Tural Nəbi oğlunun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğulduğu məlum olub.

Bildirilir ki, dünən gecə saatlarında ailə üzvləri yatandan sonra Tural televizorda futbola baxmaqda davam edib. Təxminən bir saat sonra o, duş almaq üçün hamama keçib. Bu gün səhər satlarında valideynləri onun evdə olmadığını, yatağının açılmadığını görüblər. Daha sonra hamamın qapısının arxadan bağlı olduğunu görən Turalın ailə üzvləri vəziyyəti başa düşüb.

Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn Fakültəsinin 4-cü kurs tələbəsi olub. Fakültədən lent.az-a bildirilib ki, 20 yaşlı tələbə yaxşı və əla qiymətlərlə oxuyurmuş. Yüksək balla universitetə qəbul olunan Tural dövlət hesabına təhsil alırmış və fakültədə sakit təbiətli və tərbiyəli tələbə kimi tanınıb.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___